"Çelsi"dən Bakı səfəri üçün azarkeşlərinə jest

"Çelsi"dən Bakı səfəri üçün azarkeşlərinə jest
XƏBƏR 7 Sentyabr 2017 / 02:35 9471
-  A +

"Çelsi" klubu Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıda keçiriləcək oyunda iştirak etmək istəyən azarkeşlərinə güzəşt edib.

Qol.az-ın klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  Bakıya səyahət paketlərinin qiyməti ucuzlaşdırılıb.

Bakıda gəzinti və 1 gecə 4 ulduzlu oteldə qalmağın da daxil edildiyi paket bir adam üçün 359 funt-sterlinqdən (760 manat) başlayır.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 22-də keçiriləcək.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner