Rauf Əliyevin komandası Superkuboku qazana bilmədi

Rauf Əliyevin komandası Superkuboku qazana bilmədi
XƏBƏR 7 Sentyabr 2017 / 00:01 5975
-  A +

Albaniya Superkubokunun qalibi müəyyənləşib. 

Qol.az-ın məlumatına görə, həlledici oyunda son çempion "Kukesi" ilə ölkə kubokunun son qalibi "Tirana" qarşılaşıb.

Qarşılaşma "Tirana"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Paytax təmsilçisi 90-cı dəqiqədə vurduğu qolla qalib gəlib.

"Kukesi"nin yeni transferi - Rauf Əliyev bu  matçda  iştirak edib. Start heyətdə meydana çıxan hücumçu ikinci hissə başlayanda Miloş Krkotiçlə əvəzlənib. Bu, Raufun yeni klubunda ilk rəsmi oyunu olub.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner