"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" azarkeşlərə müraciət etdi
XƏBƏR 6 Sentyabr 2017 / 19:36 9096
-  A +

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində  "Çelsi" ilə səfər matçını stadiondan izləmək istəyən azarkeşlərinə müraicət edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müraciətdə azarkeşlərdən oyunun biletlərini əldə etmək üçün 055- 400 - 49 -18 nömrəsi əlaqə saxlamaları xahiş olunub.

Bundan başqa, ödənişlərin yalnız funt-sterlinqlə həyata keçirildiyi bildirilib. Bir biletin qiymətinini 35 funt-sterlinq olduğu vurğulanıb.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" görüşü sentyabrın 12-i keçiriləcək.

Daha çox


Son xəbərlər