Vidaldan gözlənilməz qərar: millidən gedir

Vidaldan gözlənilməz qərar:  millidən gedir
XƏBƏR 6 Sentyabr 2017 / 18:48 4388
-  A +

Çili yığmasının üzvü Arturo Vidal milli kasryerasını başa vuracağı tarixi açıqlayıb.

Qol.az-ın məlumatına görə, "Bavariya"nın yarımmüdafiəçisi bu barədə şəxsi İnstaqram səhifəsində paylaşım edib.

"Məğlub olduğumuz oyunlara görə məyusam. Növbəti iki görüşdə qalib gəlib, son dəfə dünya çempionatında çıxış edəcəm. İndiyə qədər göstərdiyiniz sevgi üçün çox təşəkkür edirəm".

Qeyd edək ki, 2007-ci ildən Çili millisinə çağırılan 30 yaşlı futbolçu keçirdiyi 97 oyunda 23 qol vurub.

Son xəbərlər