UEFA-dan "Qarabağ"a 2 milyon avro

UEFA-dan "Qarabağ"a 2 milyon avro
XƏBƏR 6 Sentyabr 2017 / 16:51 9316
-  A +

"Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində qazandığı qələbə ilə əlaqədar mükafat alıb.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, UEFA-nın ayırdığı 2 milyon avro bonus vəsait AFFA-nın vasitəsi ilə "Qarabağ” klubunun hesabına köçürülüb.

Qeyd edək ki, "Qarabağ” ÇL-in pley-off mərhələsində Danimarkanın "Kopenhagen”i klubunu iki oyunun nəticəsinə əsasən üstələyərək (1:0, 1:2) qrup mərhələsinə yüksəlib.

Daha çox


Son xəbərlər