"Qarabağ"ı oyunlara Rəşad yox, Aftandil çıxaracaq

"Qarabağ"ı oyunlara Rəşad yox, Aftandil çıxaracaq
XƏBƏR 6 Sentyabr 2017 / 16:09 5723
-  A +

"Qarabağ"ın U-19 komandasını Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına baş məşqçi Rəşad Sadıqov çıxarmayacaq.

Qol.az-ın məlumatına görə, buna səbəb Rəşadın kapitanı olduğu əsas komandanın da eyni gündə oyunu olmasıdır.

U-19 komandasını meydana əvəzedici komandanın baş məşqçisi Aftandil Hacıyev çıxaracaq.

Qeyd edək ki, sentyabrın 12-də Londonda “Qarabağ” və “Çelsi”nin U-19 komandaları arasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:05-də, əsas komandaların oyunu isə saat 22:45-də başlayacaq.

Son xəbərlər