İngiltərə millisinə psixoloq nəzarət edəcək

İngiltərə millisinə psixoloq nəzarət edəcək
XƏBƏR 6 Sentyabr 2017 / 14:18 2360
-  A +

İngiltərə millisinin futbolçuları psixoloq nəzarəti altında olacaqlar.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, millinin baş məşqçisi Qaret Sautqeyt federasiyaya müraciət edərək, komandaya psixoloqun lazım olacağını bildirib.

Sautqeyt  DÇ-nin final mərhələsinə daha yaxşı hazırlaşmaq üçün psixoloqun xidmətindən yararlanmaq istəyir.

Qeyd edək ki, İngiltərə millisinə əvvəllər də psixoloqlar dəvət olunub. Bu dəfə isə psixoloq daima komanda ilə birgə olacaq.

Əlavə edək ki, 8 oyundan sonra 20 xal toplayan İngiltərə millisi F qrupunun lideridir.

Son xəbərlər