"Çempionlar Liqasının qalibi olmaq istəyirəm" - Azar

"Çempionlar Liqasının qalibi olmaq istəyirəm" -  Azar
XƏBƏR 6 Sentyabr 2017 / 11:52 2947
-  A +

"Bütün turnirlərin qalibi olmaq istəyirəm. Ancaq mənim üçün Çempionlar Liqasının yeri başqadır".

Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi"nn futbolçusu Eden Azar deyib.

Belçikalı yarımmüdafiəçi "Marca"ya açıqlamasında Çempionlar Liqasını qazanmağı hədəflədiklərini bildirib:

"Heç vaxt bu turnirin qalibi olmamışam. Dörd il əvvəl biz yarımfinala qədər irəlilədik. Ancaq bu dəfə minumum finalda oynamağı, maksimum isə ÇL-in qalibi olmaq istəyirəm. Niyə də bunu etməyək?"

Azar Çempionlar Liqasının son qalibi "Real"ın yenidən bu titulu qazanmağa ən real namizəd olduğunu qeyd edib: "Azar Məncə, "Real"  hazırda dünyanın ən güclü komandasıdır. Onlar bütün mükafatları qazanırlar. Əla futbolçuları və məşqçiləri var. Hazırda ÇL-in qalibi olmaq çox çətindir". 

Xatırladaq ki, “Çelsi” Çempionlar Liqasının qrupunda ilk oyununu sentyabrın 12-də “Qarabağ”a qarşı keçirəcək.

Son xəbərlər