Aqolli 73 dəqiqə oynadı

Aqolli 73 dəqiqə oynadı
XƏBƏR 6 Sentyabr 2017 / 01:32 3327
-  A +

"Qarabağ"ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, səfərdə Makedoniyanın qonağı olan albanlar meydandan 1:1-lik bərabərliklə ayrılıblar.

Meydana start heyətində çıxan Aqolli 73-cü dəqiqədə əvəzlənib. Buna qədər hesabda öndə olan Albaniya yığması 78-ci dəqiqədə qapısında qol görməklə qələbəni əldən verib.

Qeyd edək ki, 8 turdan sonra 13 xalı olan Aqollinin komandası qrupda üçüncü pillədə qərarlaşıb.

Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner