İranın seriyası 1121-də dayandı

İranın seriyası 1121-də dayandı
XƏBƏR 6 Sentyabr 2017 / 01:05 5462
-  A +

Suriya millisinin yarımmüdafiəçisi Tamer Hac DÇ-2018-in seçmə mərhələ oyununun 13-cü dəqiqəsində İran millisinin qapısına qol vurub.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bununla da İran millisinin uğurlu seriyası qırılıb.

Belə ki, İran yığması seçmə mərhələdə uzun müddət idi qol buraxmırdı. Karluş Keyruşun komandasının seriyası 1121-ci dəqiqədə dayanıb.

Sonuncu dəfə İran millisi 2015-ci ilin noyabrında Türkmənistanla görüşdə (3:1) qapısında qol görmüşdü.

Qeyd edək ki, İran yığması seçmə mərhələni qrup birincisi kimi başa vuraraq dünya çempionatına vəsiqə qazanıb.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner