“Qarabağ” yeni legioner aldı

“Qarabağ” yeni legioner aldı
XƏBƏR 5 Sentyabr 2017 / 17:19 14858
-  A +

“Qarabağ”ın U-19 komandası Makedoniyanın “Rabotniçki” klubunda çıxış edən Boyan Miovskini heyətinə cəlb edib.

Bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Makedoniyalı yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu "Qarabağ" U-19 bu mövsüm UEFA Gənclər Liqasında yarışacaq. Əsas komanda kimi, gənclərin də rəqibi "Çelsi" (İngiltərə), "Atletiko" (İspaniya) və "Roma" (İtaliya) olacaq. "Qarabağ" U-19 komandası ilk matçını Londonda "Çelsi"yə qarşı keçirəcək.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner