«Neftçi» klubunun baş məşqçisi Arif Əsədovun Qol.Az-a müsahibəsi
- Arif müəllim, komandanızda «Qəbələ»ilə oyun öncəsi hazırlıq prosesi necə gedir?
- Normal hazırlıq prosesi keçirik. Demək olar ki, tam heyətlə məşqlərdə iştirak edirik. Bir itkimiz var ki, o da Araz Abdullayevin yoxluğudur. Araz 19 yaşlılardan ibarət milli komandanın heyətinə cəlb edildiyindən qarşıdakı oyunda onun xidmətlərindən yararlana bilməyəcəyik.
- Komandada ümumi ab-hava necədi?
- Artıq «Xəzər-Lənkəran»la oyunda baş verənləri unutmuşuq. Komandada yüksək ab-hava höküm sürür. Tam şəkildə «Qəbələ» ilə oyuna köklənmişik. Bu oyundan gözləntilərimiz böyükdür.
- Son zamanlar «Neftçi» yaxşı təsir bağışlayır. Qarşıdakı oyunda necə, uğurlu çıxışınıza davam etdirə biləcəksinizmi?
- «Qəbələ» ilə oyunda maksimum nəticə göstərərək, yolumuza itkisiz davam etmək istəyirik. Məqsədimiz uğurlu çıxışımızı bu oyunda da davam etdirməkdir. «Qəbələ»ylə oyundan sadəcə qələbə gözləyirik. Qələbə qazanmaqla çepionluq yolunda iddiamızı bir daha ortaya qoymaq istəyirik.
- Yeri gəlmişkən, «Neftçi»nin çempionluq şanslarını necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, ilk «altılıq»da olan komandaların hər birinin çempion olmağa şans var. Bizim də şansımız böyükdür. Habelə kifayət qədər güclü və çepionluğa layiq komandayıq. Məqsədimiz çempion olmaqdır. Məhz bunun üçün bütün rəqiblərimizi məğlub etməliyik.
- Arif müəllim, mediada belə söhbət gəzir ki, guya hakimlər «Neftçi»yə kömək edirlər.
- Bu fikirlərlə qəti razı deyiləm. Çünki bunlar hamısı əsasız iddialardır. «Neftçi» yaxşı oyun göstərməklə xal qazanır. Əgər öz oyunumuzu oynasaq, çempionluq yolunda istənilən rəqibi məğlub edə bilərik. Bizə kiminsə köməyi lazım deyil. Çalışıb kiminsə haqqını yeməməliyik. Ona görə ki, biz məhz elə yaxşı oyun göstərərək layiq olduğumuz xalları qazanırıq. Həqiqətən də «Xəzər Lənkəran»la oyunda qapımıza vurulan qol oyun qaydalarına zidd idi. Həmin oyunda və digər matçlarda bizə hansısa hakim köməyindən söhbət gedə bilməz. Çünki həmin oyunda biz layiq olduğumuz xalı qazandıq. «Neftçi» çempionluğa ən iddialı komandalardandır.
- Zaur Tağızadə qarşıdakı oyunda meydana çıxa biləcəkmi?
- Zaur zədəsini tam sağaldıb, məşqlərdə iştirak edir. Sadəcə, oyun əskikliyi var. Yoxlama matçları keçirmədiyimiz üçün Zaurun rəsmi oyunlarda necə çıxış edəcəyi bəlli deyil. Hər halda qarşıda daha iki gün vaxtımız var. Ola bilər ki, bu vaxt ərzində Zaur daha yaxşı çıxış edər və biz onu 18 nəfərlik heyətə cəlb edə bilərik. Yəni indidən Zaur Tağızadənin «Qəbələ» ilə oyunda oynayıb-oynayamayacağını deyə bilmərəm. Bu, oyun ərəfəsində dəqiqləşəcək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi