Lənkəran stadionunun direktoru saxlanıldı

Lənkəran stadionunun direktoru saxlanıldı
ÖLKƏ FUTBOLU 29 Mart 2010 / 02:15 2703
-  A +

Premyer Liqanın XXV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunu ilə bağlı Azərbaycan polisi araşdırmaya başlayıb. Qol.Az-ın məlumatına görə, matçdakı qalmaqalla əlaqədər bir neçə futbol azarkeşi, o cümlədən Lənkəran mərkəzi stadionun direktoru Höccət Hacıyev şəhərin polis şöbəsinə çağırılıb. Hacıyev polis şöbəsində bir neçə saat saxlanılıb və ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Qol.Az-ın əldə etdiyi digər məlumata görə, Lənkəran şəhər stadionunda baş vermiş hadisə şəxsən daxili işlər naziri Ramil Usubovun nəzarəti altındadır.
Xatırladaq ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu zamanı hakimin qərarına etiraz edən yerli azarkeşlər meydana girib və stadiona kənar əşyalar tullayıblar. Baş verən hadisə ilə bağlı bu gün və ya sabah AFFA-nın müvafiq komitəsinin çox sərt qərarlar çıxaracağı gözlənilir.

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun