«Neftçi» klubunun prezidenti Sadıq Sadıqovun Qol.Az saytına müsahibəsi
- «Neftçi» Premyer Liqanın final mərhələsində dalbadal iki oyundur uğurlu nəticələr əldə edir. Lider «İnter» və çempionluğa iddialı «Bakı» ilə görüşlərdə ümumilikdə 4 xal ala bilmisiniz. Artıq komandanızdakı problemlərin arxada qaldığını demək olar?
- «Neftçi»yə gəldiyim bu üç ayda komanda mənə çox doğmalaşıb. İnanın, bir gün komandayla birgə olmayanda çox darıxıram. Sualınıza gəlincə, bəli, sizin də dediyiniz kimi, komandamızda problemlər var idi, indi bunlar yavaş-yavaş aradan qaldırılır. Düzdür, hazırda da bəzi problemlər qalmaqdadır. Bu mənada, hələ bizim zamana ehtiyacımız var. Yaxın vaxtlarda bunların tam aradan qaldırılacağına inanıram. Əsas odur ki, komandamızda böyük ruh yüksəkliyi var. Nailiyyətlərimizin davamı gələcək. Qazanılan son uğurlara görə həm komandama, həm də bizə dəstək olan mediaya minnətdaram.
Hesab edirəm ki, «Neftçi» çempionluğa oynamağa və onu qazanmağa layiq bir komandadır.
- Baş məşqçiniz Arif Əsədov bundan sonrakı oyunlarda gənclərə üstünlük vermək istədiyini söyləyib. Onun bu fikrini necə qarşılayırsınız?
- Əvvəlcədən də demişdim ki, bizim ən başlıca məqsədlərimizdən biri Azərbaycan futboluna istedadlı gənclər bəxş etməkdir. Bu gün bizdə istedadlı futbolçular yetişir. «Neftçi»nin əsas komandasında oynamağa layiq olan gənc futbolçular az deyil. Məsələn, götürək elə Araz Abdullayevi. Məhz Arif müəllimin təkidlərindən sonra Araz «İnter»lə oyunda əsas heyətdə meydana çıxdı. Sevindirici haldır ki, o, məşqçilərin, klub rəhbərliyinin etimadını doğruldub yüksək səviyyəli oyun nümayiş etdirdi. Amma bütün hallarda düşünürəm ki, hər şeyin öz vaxtı var. Gənclər sınaqdan çıxarılacaq, kim layiqdirsə, onlara oynamaq şansı veriləcək.
- «Altılığ»ın oyunlarında belə addım atmaq riskli deyil?
- Sizinlə razıyam. Haradasa çox risk etməyə də ehtiyatlanırıq. Düzdür, bu gün mütəxəssislər də deyir ki, gənclərə daha çox şans verilməlidir. Bütün hallarda biz çempionatın final mərhələsində də komandamızın gənclərinə inanıb onlara meydana daxil edəcəyik.
- Klubunuzun vitse-prezidenti Tahir Süleymanov «İnter»lə çempionatdakı son matçdan sonra bildirib ki, «Neftçi» bu cür oyunları davam etdirsə, yüz faiz çempion olacaq. Siz bu haqda nə düşünürsünüz?
- Bilirsiniz, bu gün «altılıq»dakı bütün komandaların hamısı çempionluğa layiqdir. Hər bir komandanın birinci olmaq şansı var. «Xəzər Lənkəran», «Bakı», «İnter», «Qarabağ»… Bu mənada, indidən çempionluqla bağlı nəsə demək istəməzdim. Bəli, «İnter»lə oyundan sonra futbolçularımızda və rəhbərlikdə böyük bir ruh yüksəkliyi yarandı. Bizdə də böyük bir ümid yaranıb ki, çempion ola bilərik. Hər şey məşqçidən, futbolçulardan asılı olacaq.
- Avrokuboklara vəsiqə əldə bilsəniz, Arif Əsədov baş məşqçi vəzifəsində qalacaq?
- Bu gün Avropanın inkişaf etmiş futbol ölkələrində də gənc məşqçilərə üstünlük verirlər. Biz də Arif müəllim kimi bir gəncin özünü təsdiqləməsini istəyirik. Əlbəttə, «Neftçi» çempionatda öz sözünü desə və istədiyimiz nəticəni qazansa, biz yəqin ki, Arif müəllimlə işimizi davam etdirəcəyik.
- Son günlər mediada hazırda «Qarabağ»da oynayan «Neftçi»nin keçmiş futbolçuları - konkret olaraq Rəşad Sadıqov və Rəşad Sadiqovla danışıqlar aparıldığı və növbəti mövsümdən onların «Neftçi»yə qayıdacağı bildirilir.
- Mənim bu futbolçuların hər ikisi ilə həm də dostluq münasibətlərim var. Onlar çox dəyərli futbolçulardır. Əgər «Neftçi»də oynamaq istəsələr, qapılarımız onların üzünə hər zaman açıq olacaq. Amma konkret olaraq, bu gün hər iki futbolçuyla danışıqlar aparmağımız haqda xəbərlər sadəcə olaraq, şayiədir. Biz də bilirik ki, bu futbolçular hazırda Qurban Qurbanovun rəhbərliyi altında «Qarabağ» komandasında çıxış edirlər. «Qarabağ» bizim öncül klublarımızdan, Avropada sözünü demiş komandalarımızdan biridir. Bir daha deyirəm, adları çəkilən futbolçularla danışıqlar aparılmır. Amma qeyd edim ki, əgər istəsələr, onları böyük məmnuniyyətlə öz komandamızda görmək istərdim. Rəşad Sadıqov və Rəşad Sadiqovun «Neftçi»nin uğurlarında, «Birlik kuboku»nu qazanmalarında böyük əməkləri olub.
- Komandanızın gənc futbolçusu Araz Abdullayevə İngiltərənin «Everton» klubundan dəvət gəlib. Bu məsələ ilə bağlı nə vaxt son qərar veriləcək?
- Mən çox sevinirəm ki, «Neftçi» Azərbaycan futboluna Araz Abdullayev kimi bir istedad bəxş edib. Arazın Avropaya transferi çox incə məsələ olduğundan bununla bağlı tələsik qərar vermək olmaz. Biz futbol mütəxəssisləri ilə də məsləhətləşmələr aparmışıq. Kimisi onun Avropaya getməsini, kimisi hələ çox gənc olduğuna görə Azərbaycanda qalıb daha çox təcrübə toplamasını istəyir. Bilirsiniz, Araz təkcə «Neftçi»yə deyil, bütün Azərbaycan futboluna məxsusdur. AFFA rəhbərliyi, milli komandamızın baş məşqçisi Berti Foqtsla da bu məsələyə dair müzakirələr aparmışıq. Hələlik son sözümüz budur ki, Arazın transferi məsələsində biz bütövlükdə Azərbaycan futbolunun mənafeyi naminə çıxış edərək qərar verməliyik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi