«Qarabağ» komandasının kapitanı Aslan Kərimov klubun son oyunlardakı uğursuzluğu ilə bağlı Qol.Az saytına müsahibə verib
- Ardıcıl üç məğlubiyyətin səbəbini nədə görürsən?
- Bunu biz özümüz də araşdırırıq. Belə baxanda, ciddi səhvlər buraxmamışıq. Oyun quruculuğumuz yaxşıdır. Yalnız «Bakı» ilə oyunda komandamız pis oyun nümayiş etdirdi. Qalan iki oyunda - «Xəzər Lənkəran» və «Qəbələ» ilə matçlarda yetərincə qol vəziyyəti yaratdıq, amma vura bilmədik. Biz bu gün “qara zolağ”a düşmüşük. Bu da normal bir haldır. Çünki heç bir komanda bütün ili sabit keçirə bilməz. Hesab edirəm ki, yaxın gələcəkdə bu zolaqdan çıxa biləcəyik.
- Çoxları belə düşünür ki, «Qarabağ»ın uğursuzluğuna komandanızın futbolçularının millidəki təlim-məşq toplanışı səbəb olub və onların üzərində yüklənmə var.
- Bu məğlubiyyətləri birbaşa bu məsələ ilə əlaqələndirmək doğru olmazdı. Amma onunla da razıyam ki, belə toplanışların futbolçuların çıxışına az və ya çox dərəcədə təsiri olur. Mən özüm də milli komandada oynayanda bunu hiss edirdim. Özü də o vaxt oyunlarda belə sıxlıq yox idi. Təbii ki, futbolçular fiziki yükləmələrə məruz qalır.
- «Qarabağ»da psixoloji durum necədir?
- Heç yaxşı deyil. Futbolçular olaraq həm rəhbərliyimizə, həm də Qurban müəllimə inarırıq. Açığı, əgər bu məğlubiyyətlərə görə biz futbolçuları danlasaydılar heç bu qədər pis olmazdıq. Bu gün başda Tahir Gözəl olmaqla Əmrah Çəlikəl, Qurban Qurbanov məğlubiyyətlərdən sonra biz futbolçulara böyük qardaş kimi mənəvi dəstək olublar. Bu doğru yoldur. Növbəti oyunumuzu artıq öz meydanımızda - Ağdamda keçirəcəyik. Çalışacağıq ki, bu oyunda qələbə qazanaq.
- Futbolda belə bir fikir var ki, udan komanda olur, uduzan məşqçi. «Qarabağ»ın son məğlubiyyətlərində Qurban Qurbanovun payı nə qədərdir?
- Ən çox məsuliyyət biz futbolçuların üzərinə düşür. Biz futbolçu, məşqçi olaraq deyil, klub, komanda olaraq uduzmuşuq. Əgər desək ki, taktiki gedişlər özünü doğrultmayıb, düz çıxmaz.
- Vəziyyətdən çıxış yolunu nədə görürsən?
- Bütün futbolçular məsuliiyyəti hiss etməli və geridə qalan oyunları unutmalıdır. Futbolçu məğlubiyyəti yaddan çıxarmayanda qarşıdakı oyuna psixoloji tərəfdən hazır ola bilmir. Ona görə də bu gün məşqçilərimizin də birinci məqsədi odur ki, futbolçuları bu durumdan çıxarsın. «Qarabağ»ın hər cür potensialı var, heç bir klubdan geri qalmırıq. «Qara zolağ»a düşmüşük, ordan da çıxacağıq.
- Premyer Liqadakı son iki məğlubiyyətdən sonra çempionluğun əldən çıxdığını söyləmək olar?
- Yox, hələ mübarizə davam edir. Qarşıda hər cür nəticə ola bilər. Birdə ki, biz bu gün qarşımıza hökmən çempion olmağı məqsəd qoymamışıq. Biz çempionluq yox, bütün rəqiblərimizi məğlub etmək barədə fikirləşirik.
- Qurban Qurbanovun iradlarından sonra Elnur Allahverdiyevin «Qarabağ»ın düşərgəsini tərk etməsini necə qiymətləndirirsən?
- Ümumiyyətlə, heç bir problem olmayıb. Bildiyiniz kimi, Elnur aqressiv futbolçudur, «Xəzər Lənkəran»la oyunda aldığı qırmızı vərəqədən sonra çox hirsli idi. Biz onu başa düşürük. Bu oyundan sonra məşqə çıxanda da pis olurdu. Qurban müəllim də onu komandadan və məşqlərdən bir neçə günlüyünə uzaq salıb ki, əsəblərini sakitləşdirsin. Elnur qətiyyən komandadan qovulmayıb.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi