«Qarabağ» klubunun direktoru Əmrah Çəlikəl dünən «Xəzər Lənkəran»la matçda hakim Vüsal Əliyevin qərarları ilə bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə müraciət ünvanlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətdə hələ oyunun əvvəlində Vüsal Əliyevin ilk yarıda «Qarabağ»ın futbolçularına göstərdiyi sarı vərəqələrlə «şou» düzəltdiyi bildirilib: «Oyunun ikinci hissəsində isə bu «şou»` öz zirvə nöqtəsinə - biabırçılıq həddinə çatdı. Vüsal Əliyev oyunun 57-ci dəqiqədə Georgi Adamiyanın qapıçı ilə təkbətək çıxdığı epizodu yan hakimin köməkliyi ilə oyundan kənar vəziyyət kimi dəyərləndirərək birbaşa oyunun nəticəsinə təsir edən qərar çıxardı. Halbuki epizoda yaxın olan baş hakim bu vəziyyətdə yan hakimin səhvini düzəldəcək qərar da verə bilərdi. Yan kameradan çəkiliş açıq-aşkar futbolçumuzun oyundan kənar vəziyyətdə olmadığını göstərir. Oyunun 65-ci dəqiqəsində Vüsal Əliyev yan xəttin yaxınlığında sadə bir oyun epizodunda baş vermiş qayda pozuntusunu ikinci sarı vərəqə kimi dəyərləndirərək müdafiəçimiz Elnur Allahverdiyevi meydandan qovdu. Halbuki bu epizodda bir sarı vərəqəsi olan futbolçuya şifahi xəbərdarlıq da edilə bilərdi. Əlbəttə ki, qərəzsiz hakimlik oyunda hakim olsaydı...»
«Qarabağ» oyunun 87-ci dəqiqəsində meydanın mərkəzinə yaxın mövqedə adi bir oyun epizodunda rəqib futbolçuya qarşı kobud oynayan yarımmüdafiəçi Rəşad Sadiqova birbaşa qırmızı vərəqə göstərilməsini də pisləyib: «Halbuki bu epizod tərəfli-tərəfsiz hər kəs tərəfindən maksimum sarı vərəqə kimi qiymətləndirildi. Buna rəğmən, hakim birtərəfli idarəçilik etdi. Sarı vərəqəsi olan Kristian Kabralın yerə uzanaraq yalandan vaxtı uzatmağı qarşılığında hakimin 2-ci sarı vərəqəni göstərməyə cəsarət etməməsi oyun ərzində «ikilili standard»lardan yararlandığını əyani şəkildə büruzə verdi. Rəqibin vaxtı sonsuz sayda uzatma cəhdlərinə baxmayaraq, hakimin əlini «cibinə salmaması» hakim haqqında oyunun nəticəsinə təsir etməklə yanaşı, birtərəfli mövqeyini ortaya qoydu.
Və ən nəhayət, qeyd etdiyimiz rəqib futbolçu Kabralın epizodu ilə yanaşı, oyun ərzində sonsuz sayda oyunun dayandırılmasına baxmayaraq, görüşün sonuna cəmi 4 dəqiqə əlavə olunması da hakim Vüsal Əliyevin bu oyunda «Qarabağ»ın növbəti mərhələyə adlamamasına hesablanmış addım idi.
Yuxarıda qeyd etdiyimiz və matç boyu digər sonsuz sayda hakim səhvlərini təhlil edərək ədalətli qərar çıxarılmasına, bununla da Azərbaycan futbolunun gələcək inkişafına töhfə verməyinizi xahiş edirik».
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi
Superliqa klubunda rumıniyalı baş məşqçi
AFFA komandanı kənarlaşdırdı, məşqçiyə 6 aylıq cəza verdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
"Bruno "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı"
Yolu açın, çempionlar gəlir! - Video
“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”
Ukrayna millisinin baş məşqçisi istefa verdi
Arbeloa: "6 matçın hamısında qalib gəlməliyik"
Rafael Markes millinin baş məşqçisi olacaq - Rəsmi
Finala yüksəlməyin böyük sevinci - Video
"Qarabağ" rəsmiləri UEFA Forumunda - Şəkil
Azərbaycanın daha 2 boksçusu dünya kubokunda mərhələ adladı
AFFA-nın əməkdaşları UEFA seminarında
"Çelsi" 5 oyundur nə xal qazanır, nə də qol vurur
Azərbaycanın iki güləşçisi Avropa 3-cüsü oldu
“Lester” 3-cü diviziona düşdü
Rza Kayaalpdan tarixi rekord - 13-cü Avropa çempionluğu
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video