“Hər iki komanda bu gün meydanda əsl əzmkarlıq nümayiş etdirdi. Gözəl mübarizə oldu və sonda biz qalib gəldik. Bununla belə, demək istəyirəm ki, “Qarabağ” da layiqli oynadı. “Xəzər Lənkəran” “Qarabağ”la oyunlarda bir neçə vacib xallar itirib. İstər-istəməz komandamız üçün sərbəst oyun göstərmək psixoloji cəhətdən çətin idi. İlk oyunda alınan nəticədən də xəbərdarsınız. Bu səbəbdən öz meydanımızda top buraxmaq olmazdı. Məhz buna görə 90 dəqiqə komandamız təzyiq altında oynadı. Bəlkə də buna görə daha yaxşı oyun nümayiş etdirə bilmədik”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Nadirov “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqovun görüşün 87-ci dəqiqəsində aldığı qırmızı vərəqə ilə də bağlı fikirlərini bildirib: “Futbolçular öz emosiyalarını qoruyub saxlaya bilmədilər. Konkret olaraq həmin epizoda gəldikdə isə fikrimcə, Rəşad Sadiqov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldı. Hər halda bunu dəqiqliklə hakimin özündən soruşmaq olar. Onu da demək lazımdır ki, hakim ilk hissəni çox səbrlə idarə etdi. Birinci hissədə“Qarabağ”ın futbolçuları çox sərt oyun nümayiş etdirirdilər. Ən azı 3-4 dəfə Elnurun özünə yüngül oynaması üçün şifahi xəbərdarlıq edilmişdi. Hətta deyərdim ki, Elnura verilmiş sarı vərəqə də gecikmişdi”.
Xatırladaq ki, bu gün son ölkə kubokunun qalibi «Qarabağ»a 1:0 hesabı ilə qalib gələn (ilk oyunda 1:2) «Xəzər Lənkəran» yarışların yarımfinalına vəsiqə qazanıb.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı