Ölkə kubokunun 1/4 final mərhələsinin dünən «Simurq»a qarşı keçirilən oyunun qəhrəmanı, “Olimpik-Şüvəlan” klubunun qapıçısı Cahangir Həsənzadə Qol.Az saytına müsahibə verib.
- İlk öncə səni komandanın ölkə kubokunun yarımfinalına vəsiqə qazanmağı münasibətilə təbrik edirik. Dünənki matçı necə dəyərləndirirsən?
- Oyun əvvəlcədən də gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçdi. Çünki ilk matçda nə müsbət, nə də mənfi nəticə qeydə alınmışdı. Hətta deyərdim ki, ilk oyunun nəticəsi ən çox “Simurq”un xeyrinə idi. Çünki Zaqataladakı ilk oyun 0:0 hesabı başa çatmışdı. Dünən “Simurq” bir dəfə fərqlənəcəyi halda biz ən azı iki cavab qolu vurmalı idik. Oyun əsasən 90 dəqiqə meydanın mərkəzində keçdi. Hava şəraiti də komandaların baxımlı oyun göstərməsinə maneçilik törətdi. Ümumilikdə götürdükdə yenə də deyirəm ki, ağır matç oldu. Bəzi oyunçularımız zədələndilər. Bununla belə, uşaqlar sonadək mübarizə apardılar və penalti zərbələrində şans bizim üzümüzə güldü.
- “Olimpik-Şüvəlan”ın göstərdiyi oyun səni qane etdi?
- Ümumi götürdükdə baxımlı oyun göstərə bilmədik. Amma təbii ki, nəticə etibarilə üstün tərəf biz idik. Yarımfinala vəsiqə qazanmaq artıq bizim üçün qələbədir. İnşallah, yarımfinalda da layiqli oyun göstərib, finala addımlamağı fikirləşirik.
- Komandanın bundan sonrakı şanslarını necə görürsən? “Olimpik-Şüvəlan” kubokda hara qədər irəliləyə bilər?
- “Olimpik-Şüvəlan” finalda qələbə qazanmağa da layiq bir komandadır. Çünki belə baxanda hazırda zəif komanda yoxdur. Hər bir klub bir-biri ilə layiqincə döyüşüb, mübarizə apara bilər. Düzdür, öz səhvimizin ucbatından ilk “altılığ”a vəsiqə qazana bilmədik. Amma orada oynamağa layiq heyətimiz var. İndi isə qarşımıza qoyduğumuz məqsəd kuboku qazanmaq və ikinci “altılıq”da layiqli mübarizə aparmaqdır.
- “Xəzər Lənkəran” - “Qarabağ” matçında turu keçən tərəflə yarımfinalda qarşılaşacaqsınız. Bu iki komandadan hansı biri ilə oynamaq daha rahat olar?
- Hər ikisi eyni səviyyəli komandalardır, özlərinə məxsus oyun stilləri var. Deyə bilmərəm ki, hansı ilə asan, yaxud güclü oyun olacaq. Hər halda bu gün hər şey müəyyənləşəcək. Rəqibin kimliyindən asılı olmayaraq, meydana yalnız qələbə üçün çıxacağımıza əmin ola bilərsiz.
- Dünən sənin göstərdiyin oyun xüsusi diqqət cəlb etdi. Komandanın iki penalti zərbəsini dəf etdin. Ümumilikdə isə matçı çox yaxşı oynadın. Çoxdandır azarkeşlər səndən bu cür oyun gözləmirdi. Bu nə ilə bağlıdır? Oyuna xüsusi motivasiya ilə hazırlaşmışdın, yoxsa?
- Razıyam ki, neçə vaxtdır özüm də istədiyim oyunu sərgiləyə bilmirəm. İndi də çalışıram ki, artıq futbolçu kimi öz imicimi geri qaytarım. Oyuna gəldikdə isə deməzdim ki, xüsusi hazırlaşmışdım. Amma kubok oyunu olduğundan tam köklənmişdim. Təkcə mən yox, elə bütün komanda üzvləri. Mətbuatda “Cahangir “Olimpik-Şüvəlan”ı yarımfinala çıxardı” fikirlərini oxudum. Mən bunlarla razı deyiləm. Hər kəs öz üzərinə düşən vəzifəni layiqincə görəndən sonra, gözəl nəticə əldə etmək mümkündür. Dünənki matçda Tərlan Xəlilov və Aqil Nəbiyev də yaxşı oynadılar.
- Karyeran ərzində dünən “Simurq”a qarşı göstərdiyin oyun kimi bir neçə uğurlu matçların olub. Slovakiya millisini Bakıda 2:0 yendiyimiz görüşdə də inamlı çıxış etmişdin.
- Bəli. Həmin matç karyeram ərzində ən yaxşı oyunlardan olub. “Şəmkir”lə matçı da xatırlayıram. Kubokun final görüşü idi və çox yaxşı oynamışdım.
- Yaxşı oyunlarla bərabər karyeranda yəqin ki, xatırlamaq istəmədiyin qarşılaşmalar da var.
- Hər bir futbolçunun karyerası ərzində yaxşı və pis oyunlar olur. Heç bir futbolçu deyə bilməz ki, mən hər oyunda uğurlu çıxış etmişəm. Fikrimcə, hansısa oyunu pis keçirmək olar. Bununla belə, həmin oyundan düzgün nəticə çıxarmağı bacarmalısan. Karyeram ərzində ən uğursuz matç isə (fikirləşir)… Bəli, “Neftçi”nin heyətində “Srvena Svezda” ilə keçirdiyim oyundur.
- “Neftçi” güclü “Srvena Svezda”yla görüşdə hesabda 2:0 irəlidə olsa da, sənin buraxdığın kobud səhvlər nəticəsində 2:3 hesabı ilə məğlub oldu. Həmin oyunundan sonra komandanın baş məşqçisi Əhməd Ələsgərov “mən bu səhvlərdən sonra Cahangir Həsənzadənin karyerasını buraxdığı səhvlərə görə bitirə bilərdim. Amma bunu etmirəm. Çünki Həsənzadə istedadlı qapıçıdır. Ona şans vermək lazımdır” demişdi.
- Həmin oyundan sonra Əhməd Ələsgərovla söhbətimiz olmuşdu. Mənə çox güvəndi və cavab oyununda da mənə şans verdi. Şükür Allaha ki, onun mənə bağladığı ümidləri puça çıxarmadım. Növbəti matçlarda yaxşı oyunlarımla özümü sübut edə bildim. Əhməd Ələsgərov istəsəydi, elə o matçdan sonra da mənim futbolçu karyeramı bitirə bilərdi. Amma mənə güvəndi. Çox sağ olsun.
- Cahangir Həsənzadə milli komandanın heyətində çıxış etməyə hazırdımı?
- Bu dəqiqə hazıram. Dünənki göstərdiyim oyundan sonra özümü milli komandaya hazır sayıram . Mən millidə xeyli müddət çıxış etmişəm və indi də ora qayıtmaq istəyirəm. İnşallah, baş məşqçi Berti Foqtsdan dəvət gözləyəcəm. Başqa cür də ola bilməz. Hər halda mən “Olimpik-Şüvəlan”da uğurlu çıxış edəndən sonra Foqtsun mənə dəvət göndərəcəyinə ümidim böyükdür.
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu