Tahir Süleymanov: “...Neftçi” çempion olacaq!”

Tahir Süleymanov: “...Neftçi” çempion olacaq!”
MÜSAHİBƏ 16 Mart 2010 / 02:06 3419
-  A +

«Neftçi» klubunun vitse-prezidenti Tahir Süleymanovun Qol.Az saytına müsahibəsi

- Komandanızda ümumi vəziyyət necədir? Bu sualı təsadüfən vermədik. Hər halda «İnter»lə son oyuna qədər «Neftçi»də əhval-ruhiyyə ürəkaçan səviyyədə deyildi.
- Nəinki indi, ümumiyyətlə, bütün matçlarımızdan sonra - qələbə və məğlubiyyətə baxmayaraq - biz bütün oyunlarımızı dərindən təhlil edib, araşdırırıq. «İnter»lə kubokdakı ilk oyundan sonra isə işimimizə daha peşəkarcasına yanaşdıq. Mən bu dəqiqə həmin məğlubiyyət haqda danışmaq istəmirəm. Onsuz da bu uğursuzluğu lazımi səviyyədə təhlil etmişik. Məğlubiyyətə görə kimisə ittiham etmədik. Başda klubumuzun prezidenti Sadıq Sadıqov olmaqla mövcud durumdan çıxış yollarını araşdırdıq. Klubun məşqçiləri və futbolçularla birgə tam sərbəst və səmimi müzakirə apardıq. Bunun müsbət nəticəsini isə «İnter»lə Premyer Liqanın final mərhələsindəki ilk oyununda hamı gördü. Bu oyun bir daha sübüt etdi ki, klub rəhbərliyi və məşqçilər tərəfindən aparılan iş öz müsbıt bəhrəsini verdi. Ən başlıcası son oyun bizi kubokda 3:0 hesabı ilə məğlub edən «İnter»in qələbəsinin tam təsadüf olduğunu sübuta yetirdi. Media nümayəndələrinin də yazdığı kimi, bu oyunda «Neftçi» üç xal itirdi, «İnter» isə bir xal qazandı.
- «Neftçi» rəhbərliyinin komandanın son çıxışına münasibəti necədir?
- Bir məsələyə xüsusi diqqət yetirmək istəyirəm. Klub rəhbərliyi komandada yenidir və eyni zamanda məşqçi korpusunda da dəyişiklik baş verib. Bununla belə, hesab edirəm ki, artıq «Neftçi» Arif Əsədovun başçılığı ilə daha aqressiv oynamağa başlayıb. Ümumiyyətlə, tarixən «Neftçi»nin özünəməxsus bir oyun üslubu olub. «İnter»lə son çempionat oyununda bərabərə qalmağımıza baxmayaraq, heç kim «Neftçi»dən narazı qalmadı. Əksinə klub rəhbərliyi, media nümayəndələri və futbol mütəxəssislərindən tutmuş azarkeşlərədək hər kəs «Neftçi»nin oyunundan zövq aldılar. Başqa sözlə, «Neftçi»nin sadiq azarkeşlərinin dediyi kimi, son illər belə dəsti-xətti olan bir «Neftçi»nin oyununu ğörən olmamışdı. Bütün bunlarn «Neftçi» rəhbərliyinin düzgün mövqedə olduğunu göstərir. Bu, həm də klub rəhbərliyinin komandanın baş məşqçisi Arif Əsədov və məşqçilər korpusuna inamının göstəricisidir. İnanıram ki, komandamız bundan sonra da sabit oyununu inkişaf etdirərək çempionatda öz sözünu deyəcək. Hələ bizim üçün heç nə bitməyib. Lider komandalardan bizi cəmi altı xal ayırır. Hələ qarşıda çempionatın 9 oyunu var. Əminəm ki, əgər «İnter»lə son oyunumuzu qarşıdakı matçlarda da sərgiləsək, «Neftçi» birmənalı şəkildə çempion olacaq.
- Hələ çempionluq demirik, əgər mükafatçılar sırasına düşüb avroliqaya vəsiqə qazansanız, hazırkı baş məşqçi Arif Əsədov vəzifəsində qalacaqmı?
- Bu suala ən doğru cavabı klubumuzun prezidenti verib. Bildirib ki, gənc Arif Əsədova şans verilib və ona tam şəkildə dəstək var. İstəyimiz və ümidimiz odur ki, Arif Əsədov onun qarşısına qoyulan vəzifələri sonadək yerinə yetirəcək, nəticə etibarı ilə «Neftçi» mövsüm bitəndən sonra hər hansı başqa məşqçi axtarışına çıxmayacaq. Bütün hallarda yerli mütəxəsisslərə ümid vermək və onlara inanmaq lazımdır. Birdə ki, indiyədək heç bir məşqçi birdən-birə böyük nailiyyətlərə nail olmayıb. «Neftçi» rəhbərliyi Arif Əsədova inanır, futbolçular da ona müsbət münasibət göstərirlər. Həm taktiki gedişlərini, həm də insani münasibətini yüksək qiymətləndirirlər. Belə gedişlə Azərbaycan futbolunun Arif Əsədovun timsalında güclü bir məşqçi qazanacağına böyük inamımız var. Ümumiyyətlə, «İnter»lə son oyunumuz Azərbaycan futboluna iki şəxsi bəxş etdi: baş məşqçi Arif Əsədovu və futbolçumuz Araz Abdullayevi.
- Yeri gəlmişkən, saytımıza müsahibəsində Arif Əsədov bildirib ki, növbəti oyunlarda komandada yeni gənc futbolçular görəcəksiniz. Onun çempionatın final mərhələsindəki bu riskli addımını dəstəkləyirsiniz?
- Ümumiyyətlə, risk olmayan yerdə uğur da olmaz. Və risqin özü də də peşəkar təhlillərə söykənməlidir. Əgər Araz bu gün belə gənc yaşında əsas heyətdə oynamağa layiq olduğunu sübut edirsə, niyə də digər gənc futbolçularımıza şans verməyək?! Əksinə, onlara yol açmaq lazımdır. Əgər bu futbolçuların potensialı «Neftçi»nin «18-liyin»də oynamağa imkan verirsə, biz klub rəhbərliyi olaraq bunu yalnız dəstəkləyə bilərik. Heç nədən çəkinmədən, qorxmadan belə addımları alqışlamalıyıq.
- Araz Abdullayevdən söz düşmüşkən, bu futbolçu son matçda, start heyətində inamlı oyunu ilə seçildi. Bu halda onun Rusiyanın «Rubin» klubuna nəzərdə tutulan keçidinin müəyyən vaxta, deyək ki, çempionatın sonunadək təxirə salınması mümkündürmü?
- İlk öncə onu deyim ki, «Rubin»lə bizim yalnız şifahi anlaşmamız var. Araz Abdullayevin hələ 18 yaşı tamam olmayıb deyə hələ rəsmi müqaviləyə imza atmamışıq. Bu gün təkcə Araz Abdullayevi deyil, bizim digər gənc və perspektivli futbolçularımızı da tanınmış komandalar öz heyətində görmək istəyir. Bu futbolçular həmin komandalarda oynamağa layiqdirlər. «Neftçi» klubunun rəhbərliyinin də məqsədi Azərbaycan futboluna, onun milli komandasına futbolçular yetişdirməkdən ibarət olub. Bizim əsas məqsədlərimizdən biri həm də budur ki, komandamızın heyətinə əsasən yerli cənc futbolçulardan ibarət futbolçular toplayaq. Bu mənada, «Neftçi» rəhbərliyi komandamızın məşqçilər korpusunun yerli futbolçulara əsas heyətə yer vermək istəyilə bağlı qərarını dəstəkləyir. Arif Əsədovun da istəyi budur ki, yerli gənc futbolçular komandamızın əsas heyətində oynasınlar. Bu futbolçular dünənə qədər çıxış etdikləri yığma komandalarda əsas heyətin futboçuları idilər. Amma bizdə ehtiyatda qalmalarının onlara psixoloji təsiri olurdu. İndi isə fərqli durumdur, gənclərə yol açılır. «Neftçi»nin prezidenti Sadıq Sadıqovun da istəyi bu olub ki, «Neftçi»də yerli gənc futbolçular üstünlük təşkil etsinlər. Belə olan halda klub rəhbərliyini və məşqçilər korpusunun istəyi budur ki, komandamızdakı gənclər «Neftçi»də qalmaqla daha da təcrübə toplasın və onların Avropanın nüfuzlu klublarında oynamaq imkanı daha da artsın. «Neftçi» rəşbərliyinin məqsədi Azərbaycan futboluna və milli komandaya istedadlı futbolçular bəxş etməkdir.
- Hər halda, «Netfçi» Araz Abdullayevi «Rubin»ə buraxacaqmı?
- Bu məsələ hələ açıq qalır. Bir daha qeyd edirəm, arzumuz budur ki, «Neftçi»nin gənc futbolçuları öz potensiallarını ortaya qoymaqla komandamızın əsas heyətində yer alsınlar. Bundan sonra isə həm millidə, həm də klublarındakı oyunları ilə Avropanın iddiaları klublarının diqqətini cəlb edə bilsinlər. Biz «Neftçi»nin futbolçularının Vaqif Cavadov kimi milli komandaya, klublarına fayda verib Avropa klublarına keçməsinə hər zaman tərəfdarı olmuşuq. Amma təkrar edirəm, bu məsələdə qətiyyən tələsmək lazım deyil. KİV-ə də müraciət edirəm ki, bu məsələyə təmkinli yanaşsınlar. Hər halda biz hamımız futbolçularımızın tələskənliyə yol verib Avropaya getməsinə və ehtiyatda qalmasına 
məyus ola bilərik.


 

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır