Ağasəlim Mircavadov: "Qələbəni klub prezidentimizə həsr edirəm"

Ağasəlim Mircavadov: "Qələbəni klub prezidentimizə həsr edirəm"
ÖLKƏ FUTBOLU 12 Mart 2010 / 20:50 2237
-  A +

"Bizim üçün çox vacib oyun idi. "Qəbələ"ni heç vaxt zəif rəqib saymamışıq, çox əzmkar komandadır. Bu oyuna da ciddi hazırlaşmışdıq”. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi xəbər görə, bu sözləri “Xəzər Lənkəran” – “Qəbələ” matçının oyunsonrası mətbuat konfransında cənub klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis qələbəni sabah ad gününü qeyd edən klubun prezidenti Mais Mənsimova, həmçinin azarkeşlərə həsr etdiyini bildirib.

Daha çox


Son xəbərlər