Milli komandamızın keçmiş üzvü, «Qarabağ»ın yarımmüdafiəçisi Aslan Kərimov İngiltərə - Azərbaycan oyununda start heyətinin futbolçular Qurban Qurbanov və Rəşad Sadıqov tərəfindən müəyyən edilməsi ilə bağlı son günlər səslənən fikirlərə münasibət bildirib. Qol.Az-ın «Çempion Azərbaycan» qəzetinə istinadən verdiyi məlumata görə, futbolçular tərəfindən heyətə müdaxilə olunma faktını təsdiqləyib: “Bəli, belə bir şey olub. Daha doğrusu, Torresin İngiltərə ilə oyunda tribunada əyləşmək tələbinə dair bir söz deyə bilmərəm. Amma heyətin qurulmasında təkcə Qurban Qurbanovla Rəşad Sadıqov yox, digər aparıcı futbolçular da iştirak etdilər. Bu, braziliyalıya qarşı futbolçuların “qiyam”ı deyildi. Əksinə, Polşaya 0:8 hesablı məğlubiyyətdən sonra Torres özü futbolçulara bu təklifi etdi. Həqiqətən də ağır məğlubiyyət idi. O cür məğlubiyyətdən 3 gün sonra çıxıb İngiltərə kimi dünya səviyyəli milliyə qarşı oynamaq çox çətin idi. Məncə, Torres o cür addım atmaqda düzgün hərəkət elədi və seçimi futbolçuların ixtiyarına buraxdı. Dedi ki, “bəlkə mən sizi başa düşmürəm, buyurun, yol göstərin?” Yenə deyirəm, həmin vaxt İngiltərə önünə çıxacaq heyətin qurulmasında təkcə Qurban Qurbanov və Rəşad Sadıqov yox, digər təcrübəli futbolçular da iştirak etdilər. Çünki ortada Azərbaycanın adı var idi. Əgər çıxıb İngiltərəyə də 0:8 hesabı ilə məğlub olsaydıq, bu zaman artıq futbolçular üçün də böyük biabırçılıq olacaqdı”.
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi
Superliqa klubunda rumıniyalı baş məşqçi
AFFA komandanı kənarlaşdırdı, məşqçiyə 6 aylıq cəza verdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
"Bruno "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı"
Yolu açın, çempionlar gəlir! - Video
“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”
Ukrayna millisinin baş məşqçisi istefa verdi
Arbeloa: "6 matçın hamısında qalib gəlməliyik"
Rafael Markes millinin baş məşqçisi olacaq - Rəsmi
Finala yüksəlməyin böyük sevinci - Video
"Qarabağ" rəsmiləri UEFA Forumunda - Şəkil
Azərbaycanın daha 2 boksçusu dünya kubokunda mərhələ adladı
AFFA-nın əməkdaşları UEFA seminarında
"Çelsi" 5 oyundur nə xal qazanır, nə də qol vurur
Azərbaycanın iki güləşçisi Avropa 3-cüsü oldu
“Lester” 3-cü diviziona düşdü
Rza Kayaalpdan tarixi rekord - 13-cü Avropa çempionluğu
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı