“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Komandanızın «İnter»ə 0:3 hesablı məğlubiyyəti hələ də müzakirə mövzusudur…
- Düzdür, çempionatın son iki oyununda “İnter”ə məğlub olduq. Bu məğlubiyyət uşaqlara çox pis təsir etdi. Şəxsi fikrim belədir ki, “İnter”lə oyunda nəticə o cür olmamalı idi. Sabahkı matçda həmin məğlubiyyətin təsadüfi olduğunu sübut edəcəyik. “Neftçi” belə məğlubiyyətlərə layiq komanda deyil.
- Rail Məlikov dünən saytımıza verdiyi müsahibədə komandanın “İnter”ə məğlubiyyətdən sonra hələ də özünə gələ bilmədiyini söyləmişdi. İndi vəziyyət necədir?
- Railin fikirləri ilə razıyam. Yavaş-yavaş oyuna psixoloji cəhətdən hazırlaşırıq. Klub rəhbərliyi bizi yığaraq görüş keçirdi. Çıxış yolu olaraq sabahkı matçda yalnız qələbə göstərildi. Əgər sabah bu oyunda qələbə qazana bilsək, yüz faiz bunun ardı gələcək.
“İnter”lə oyunda da biz həqiqətən üstün oyun sərgilədik. Düzdür “İnter”in əziyyətini yerə vurmaq istəmirəm. “İnter”in çox yaxşı heyəti var. Sadəcə, ilk hissədə birinci qolu biz vursaydıq, tamam başqa hesab alına bilərdi.
- Son zamanlar göstərdiyin oyun səni qane eləyir?
- Heç zaman öz oyunum haqda fikir bildirməyi sevməmişəm. Ən yaxşısı qıraqdan azarkeşlərin, mütəxəssislərin mənim oyunuma qiymət vermələridir. Razıyam ki, üzərimdə bir az psixoloji gərginlik var. “Neftçi”nin neçə illərdir davam edən uğursuzluğu da adama təsir edir. İstər-istəməz üzərində həyəcan yaranır. Bununla belə, meydanda olan müddətdə var gücümlə çalışıram ki, komandama xeyirim dəysin.
- «Neftçi»nin futbolçuları arasında tam birlik varmı?
- İnanırsınız, komandamızda elə də böyük problem yoxdur. Sadəcə, biz bu problemin kökünü tapa bilmirik. Ola bilməz ki, hansısa oyunçu qəsdən və yaxud başqa səbəbdən bilərəkdən oynamasın. “Neftçi”də çıxış edən futbolçuların hamısı yaxşı oyunçulardır. Ayrı-ayrılıqda nəzər yetirdikdə hamısı güclüdür. Hər biri keçmişdə başqa klublarda yaxşı oyunlar nümayiş etdiriblər. Amma problem ondadır ki, kollektiv oyun sərgiləyə bilmirik. Əgər bunu həll edə bilsək, hər şey öz qaydasına düşəcək.
- Vaqif Sadıqovun istefasından sonra komandaya Arif Əsədov rəhbərlik edir. Onunla münasibətləriniz necədir?
- Arif müəllim cavan və istedadlı məşqçidir. Bütün komanda birlikdə ona kömək etməyə çalışırıq. Axı, bu, Arif müəllimin məşqçi olaraq ilk ciddi sınağıdır. İstəmirik ki, bizə görə ona artıq-əskik söz gəlsin. Əsədovla münasibətlərimiz tam qaydasındadır.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi