«Bakı» klubunun yarımmüdafiəçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi
- İlk öncə ondan başlayaq ki, çoxdandır komandanızın əsas heyətində yer almırsan. Bu vəziyyət səni yormayıb?
- Əlbəttə ki, yorub. Vallah, belə durumda olan hansı futbolçudan soruşsanız, bəlkə də eyni cavabı verəcək. Amma mən həqiqətən də özümü əsas heyətdə oynamağa hazır bilirəm.
- Baş məşqçi Bülənt Qorxmazla münasibətlərinizdə aranızda hansısa soyuqluq var?
- Yox, şər şey normaldır.
- Bəs, ehtiyatda qalmağınla bağlı onunla söhbətin olub?
- Söhbətimiz olmayıb. Amma təkrar edirəm, özümü bütün oyunlara hazır bilirəm. Əvvəlki oyunlarımı indi də nümayiş etdirmək gücündəyəm.
- Sabah «Qarabağ»la çətin oyununuz var. Yəqin ki, bu oyunda əsas heyətdə olmaq istərdin.
- Təbii. Həm də «Qarabağ»la görüş «altılığ»ın ilk oyunudur deyə, mütləq qələbə qazanmaq istəyirik. Bunu bizdən rəhbərlik də gözləyir. Məşqçilər də, futbolçular da yalnız qələbə arzusundadır. Bu mənada, oyuna ancaq və ancaq üç xal üçün çıxacağıq.
- «Bakı»nın vitse-prezidenti Tunc Avşar deyir ki, «altılıq»da on oyun var və bu görüşlərdən 30 xal toplamaq mümkündür. Səncə, bu, nə dərəcədə realdır?
- Özünüz bilirsiniz ki, futbolda gözlənilməz hadisələr çox olur. Mən də istərdim ki, bütün oyunları qələbəylə başa vuraq. Amma orası da var ki, söz deməklə meydanda iş görmək fərqli şeylərdir.
- «Bakı»nın «altılıq»da şanslarını necə görürsən?
- «Altılıq»dakı hər bir komandanın avrokuboklara vəsiqə qazanmaq şansı var. Hələ mübarizə indi başlayır. Qarşıdakı oyunlar kimin nəyə qadir olduğunu göstərəcək.
- «Bakı» çempion ola bilməsə, bunu uğursuzluq kimi dəyərləndirmək olar?
- İki ildir ki, «Bakı»dayam. Bu komandada hədəf yalnız çempionluq və kuboku qazanmaq olub. Bu mənada, birinci yeri tutmasaq, bunu normal qəbul etməyəcəyəm.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı