Elxan Məmmədov futbolçularla görüşüb tövsiyə verdi - Şəkillər

Elxan Məmmədov futbolçularla görüşüb tövsiyə verdi -  Şəkillər
XƏBƏR 4 May 2017 / 14:44 1733
-  A +

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə görüşüb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, IV İslam Həmrəyliyi oyunlarında iştirak edəcək yığmamıza AFFA prezidenti Rövnəq Abdullayev və AFFA-nın İcraiyyə Komitəsinin üzvləri adından uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib.

Xatırladaq ki, yığmamız IV İslam Həmrəyliyi Oyunlarında ilk oyununu mayın 8-də, saat 18:30-da, Bayıl stadionunda Kamerun komandasına qarşı keçirəcək.














Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər