"Zirə"nin baş məşqçisi Ayxan Abbasovun Qol.az saytına müsahibəsi
- AZAL klubu dünən ləğv olunduğunu açıqladı. Əvvəlcə buna münasibətinizi bilmək istərdik.
- AZAL-ın dağılması mənə də pis təsir etdi. Heç kim istəməz ki, hansısa klubumuz fəaliyyətini dayandırsın.
- Klub bəyanat yayıb ki, "Zirə"yə maddi-texniki dəstək veriləcək. AZAL-ın infrastrukturundan necə istifadə edəcəksiniz?
- Bəli, iki klubun rəhbərliyi arasında görüş keçirildi. Qərara gəldilər ki, onlar bizə dəstək versinlər. Baza və stadionlarını bizə verdilər. Bu yöndə bizə kömək edəcəklər. Sağ olsunlar. Bildiyiniz kimi, bazamız yox idi. Bu sarıdan çətinlik çəkirdik. AZAL-ın bazasından və stadionundan istifadə edəcəyik.
- Ev oyunlarını "AZAL Arena"da keçirə bilərsiniz?
- Hələ orda oyun keçirməyi düşünmürük. Məşqlər ola bilər. Oranın süni ot örtüyü elə də yaxşı vəziyyətdə deyil. Ancaq akademiyamızın futbolçuları istifadə edə bilər. Gələcəkdə nə olacaq, onu deyə bilmərəm. Bu gün üçün planımız odur ki, ev oyunlarımızı öz stadionumuzda keçirəcəyik.
- AZAL-ın futbolçularından heyətə cəlb etmək istədikləriniz var?
- AZAL klubunun fəaliyyətini dayandırması haqda qərar anidən verildiyi üçün bu barədə düşünməmişdik. Bildiyimə görə, futbolçularının 90 faizi ilə müqavilələri başa çatır. Bəyəndiyimiz futbolçu olsa, komandaya cəlb edəcəyik. İki futbolçu var ki, onlardan istifadə edə bilərik. Adlarını açıqlamağım düzgün olmaz.
- Qışda "Zirə"yə baş məşqçi təyin olundunuz. Nəticə göz qabağındadır. Bəs komandanı istədiyiniz istiqamətdə apara bilirsiniz?
- Qış fasiləsindən sonra komandamız əzmkar oyun nümayiş etdirdi. Ardıcıl xallar qazandıq. Ümumiyyətlə, “Zirə” həmişə əzmkarlığı ilə seçilib. Uğurlu mövsüm keçirdiyimizi deyə bilərəm. Döyüşkən komanda yaratmaq istəyirdik ki, buna da nail olduq. Dördüncü yer pis nəticə deyil. 
- Bundan artığını edə bilərdiniz?
- Bizdən yuxarıda olan komandalara fikir verin. “Qarabağ” və “Qəbələ”yə çatacağımız inandırıcı deyildi. Çünki onlar hərtərəfli bizdən güclüdür. “İnter”ə gəldikdə isə bu komanda ilə mübarizə aparmaq olardı. Hər halda əlimizdən gələni etdik ki, daha yuxarı pillələrdə olaq. Avrokuboklara düşməyə çalışırdıq. Şükürlər olsun ki, bunu bacardıq. İlk oyunlardan çalışdıq ki, futbolçular özlərinə güvənsinlər və rəhbərlik, məşqçilər, eləcə də azarkeşlər komandaya inansınlar. Bunu da bacardıq. Bundan artığını etmək üçün isə vaxtımız olmadı.
- "Zirə" ilk dəfə Avropa Liqasına vəsiqə qazandı. Avropa təcrübəsinin olmaması komandaya mane olacaq?
- Bəli, “Zirə” gənc klubdur, 3 ildir yaranıb. Təcrübəsizliyə görə müəyyən çətinliklərimiz olacaq. Gəlin, reallığı deyək. Bu gün avrokuboklarda təcrübəsi olan komandalarımız da bəzən ilk turda mübarizəni dayandırır. Deməli, bizim üçün də çox çətin olacaq. Ancaq bu, bizim üçün bir təcrübədir. “Zirə” Avropa təcrübəsi qazanmağa başlayacaq. Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək.
- Üç futbolçu ilə yolları ayırdınız. Başqa göndərilənlər olacaq?
- Futbolçuların hamısı ilə danışacağıq. Bəli, gedənlər olacaq. Yaxın bir həftə ərzində hər şeyə aydınlıq gələcək.
- Cavid Tağıyev “Zirə”dən ayrıldığını açıqlayıb.
- Cavidin komandada qalıb-qalmayacağı hələ dəqiq bilinmir. O, daha çox oynamaq istəyir. Son vaxtlar az şans qazanırdı. Biz başqa sistemlə oynadığımıza görə ona çətin olur. Cavidin bizimlə müqaviləsi var. Onun məsələsinə yaxın günlərdə aydınlıq gələcək.
- Kapitan Elvin Məmmədovun müqaviləsi başa çatır?
- Bəli, artıq müqaviləsi bitir. Biz onunla söhbət etmişik. Komandada qalacaq. Bir həftədən sonra klubun büdcəsi açıqlanacaq. Ondan sonra digər futbolçularımızla da danışıqlarımız olacaq.
- Avroliqada uğurlu çıxış etmək üçün yeni transferlər etməyi düşünürsünüz?
- Əlbəttə, həm yerli, həm də legioner futbolçularla maraqlanırıq. Əsas odur ki, istədiyimiz futbolçunu tapaq.
- Hər transfer pəncərəsi açılanda sabiq hücumçunuz Nelson Bonillanın adı "Zirə" ilə hallanır. Onu yenidən komandada görmək istərdiniz?
- Xeyr. Biz onunla maraqlanmırıq. Bizim futbolçumuz Riçard Qadze Bonilla tipli hücumçudur. Ona görə də bizə başqa cür hücumçu lazımdır.
Ramiq AĞAMƏMMƏDOV
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı