"Olimpik-Şüvəlan" PFL-ə yenə etiraz edir

"Olimpik-Şüvəlan" PFL-ə yenə etiraz edir
ÖLKƏ FUTBOLU 11 Mart 2010 / 10:13 2068
-  A +

Peşəkar Futbol Liqası (PFL) növbəti dəfə “Olimpik-Şüvəlan” klubunun müraciətini qəbul etməyib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qurum komandanın təqvimdə dəyişiklik etmək haqda təklifilə razılaşmayıb. Klubun bununla bağlı etirazında bildirilir: “Olimpik-Şüvəlan” PFK-nın rəhbərliyi PFL-ə məktub göndərərək XXIV turun “Simurq”-“Olimpik-Şüvəlan” oyununun 20.03.2010-cu il tarixdən 23.03.2010-cu il tarixinə keçirilməsini xahiş etmişdir. Buna səbəb kimi isə “Unibank Premyer Liqası”nın XXIV turunun oyunlarının Novruz bayramına təsadüf etməsi və futbolçu heyətinin milli bayramı ailə üzvləri ilə birlikdə qeyd etmək arzusu göstərilmişdi. Kollektivin bu istəyinin milli dəyərlərə və Novruz bayramının ənənələrinə uyğun olmasını əsas tutan klub rəhbərliyi 26.02.2010-cu il tarixdə PFL qarşısında vəsatət qaldırmışdı. Bu məqsədlə hətta “Simurq” Futbol Klubunun rəhbərliyinin razılığı da alındı və tərəflər mövqeyini rəsmi şəkildə bildirdilər. Lakin PFL heç bir tutarlı səbəb gətirmədən hər iki klubun təklifini rədd etdi. Konkret olaraq Texniki-İdman şöbəsinin rəisi Məlik Həsənov təqvimdə dəyişikliyə zərurət olmadığını bildirdi.
Bəlkə də, PFL-in mövqeyini peşəkarlığa uyğun saymaq olardı. Amma bunun qeyri-səmimi olduğunu sübut edən fakt olmasaydı.
PFL ötən ilin dekabr ayında bəzi klubların əcnəbi futbolçularının Yeni İl bayramı ilə bağlı analoji xahişinə müsbət cavab verərək təqvimdə dəyişiklik etmişdi. Məlumat üçün qeyd edək ki, onda PFL prezidentinin imzaladığı 168 saylı, 14 dekabr 2009-cu il tarixli əmrə əsasən XVII turun bəzi oyunlarının (Standard-Karvan, Qarabağ-Bakı, Qəbələ-İnter, Muğan-Xəzər-Lənkəran) vaxtı 1-2 gün əvvələ dəyişdirilərək 24.12.2009 tarixinə keçirildi.
Məhz bu fakt bizdə haqlı olaraq PFL-in ortaya qoyduğu mövqeyin düzgün olmadığı haqda təsəvvür yaradır. Mövsüm ərzində klublardan xəbərsiz təqvimdə dəfələrlə dəyişiklik edən PFL-in xalqımız üçün əziz sayılan günlərdə peşəkarlıq nümayış etdirmək istəməsi də bu mənada başa düşülmür və təəccüb doğurur.
Buna görə də biz “Olimpik-Şüvəlan” PFK olaraq PFL-in bu mövqeyinin
milli-mənəvi dəyərlərimizə zidd olduğunu bildirir və onların
bu məsələyə yanaşma tərzi ilə qətiyyən razılaşmadığımızı bəyan edirik".

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə