AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Məzahir Süleymanzadənin hələ 2005-ci ildə keçirilmiş İngiltərə - Azərbaycan oyunundan öncə millimizin futbolçuları Qurban Qurbanov və Rəşad Sadıqovun start heyətini müəyyənləşdirdikləri, baş məşqçi Karlos Alberto Torresin isə ehtiyat oyunçular skamyasında oturmaması tələbini irəli sürməsi barədə iddialarına həmin vaxt telejurnalist kimi komandamızın düşərgəsində olan AzTV-nin sabiq əməkdaşı Elnur Əşrəfoğlu da münasibət bildirib. Qol.Az-ın müxbiri ilə söhbətdə E.Əşrəfoğlu öncə İngiltərə ilə qarşılaşmadan qabaq Polşa komandası ilə keçirilən görüşlə bağlı maraqlı açıqlamalar verib: «Polşa - Azərbaycan oyununu AzTV vasitəsilə mən şərh edirdim. Xatırlayıram ki, millimizin 0:8 hesablı məğlubiyyəti ilə başa çatan oyunda komandamızın qapısına beşinci qol vurulandan sonra şərhi dayandırmalı oldum. AzTV-də elə bildilər ki, Polşadan gələn siqnal itib. Ona görə də oyunu Bakıda studiyadan başqa bir şərhçi davam etdirdi. O vaxtı ətrafımızda olan polşalı jurnalistlərin bizə kinayəli baxışlarını hələ də unuda bilmirəm».
Oyundan sonra baş məşqçi Karlos Alberto Torresin həqiqətən də istefa ərizəsi yazdığını deyən E.Əşrəfoğlu AFFA-nın o vaxtkı prezidenti, mərhum Ramiz Mirzəyevin ərizəni qəbul etmədiyini vurğulayıb: «İngiltərə ilə oyundan qabaq isə Ramiz Mirzəyev baş məşqçi Torres, o vaxtkı kapitan Qurban Qurbanovla görüşdü. Həmin görüşdə Məzahir Süleymanzadə və mən də iştirak edirdim. O görüşdə və ondan sonra futbolçuların oyuna çıxmaması və ya start heyətini müəyyənləşdirməsi barədə heç bir söhbət olmayıb. Sadəcə, futbolçular Torresin özünün istəyinə uyğun olaraq, tövsiyyələrini verdilər. Açığı, Torres həm Qurbana, həm də Rəşada inanırdı. Həm də Torres özünə hörmət qoyan məşqçi idi. Pelenin oynadığı Braziliya millisinin kapitanı olub, dünya çempionu adını qazanıb. Futbolçular onun qarşısında belə şərt qoysaydılar, bir dəqiqə də komandada qalmazdı. Mən 1994-cü ildən mütəmadi olaraq millinin oyunlarını şərh etmişəm, xarici səfərlərin 80 faizində onlarla birgə olmuşam. Buna əsaslanıb deyə bilərəm ki, milliyə Qurban Qurbanov və Rəşad Sadıqov qədər can yandıran çox az futbolçu olub. Ola bilər ki, Məzahir Süleymanzadənin də fikri düzgün anlaşılmayıb».
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya
"Neftçi"dən 6 qollu qələbə - Video
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı