Berti Foqts: «O futbolçuya millinin qapısını göstərərəm»

Berti Foqts: «O futbolçuya millinin qapısını göstərərəm»
ÖLKƏ FUTBOLU 9 Mart 2010 / 19:54 2551
-  A +

Almaniyalı mütəxəssis Berti Foqts Azərbaycan millisinin son təlim-məşq toplanışları və keçirdiyi iki yoxlama görüşü haqda fikirlərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, AFFA-nın videoportalına verdiyi müsahibədə Berti Foqts İordaniya və Lüksemburq üzərində qazanılan qələbələrdən məmnun qaldığını bildirib: «Amma elə məqamlar da var ki, məni razı salmır. Məsələ burasındadır ki, biz sadə futbol nümayiş etdirə bilmədik. Futbol isə sadə idman növüdür. Amma ümumilikdə təlim-məşq toplanışı məni qane etdi».
Milliyə dəvət edilən yeni futbolçularla bağlı fikirlərini bildirən Foqts onların komandaya cəlb olunmasının rəqabəti artırdığını söyləyib: «Dörd yeni futbolçudan üçü oynadı. Əfran İsmayılov və Fərid Quliyev hətta qol da vura bildilər». Foqtsun sözlərinə görə, Azərbaycan millisində rəqabət təkcə müdafiə xəttində deyil, hücumda Elvin Məmmədov və Fabio Luis arasında da gedir. Bilmirəm, onlardan hansı əsas heyətdə oynayacaq. Ola da bilər ki, hər iki futbolçu ilk onbirlikdə meydana çıxsın».
Foqts Lüksemburqla oyunda sol cinah müdafiəiçisi mövqeyində çıxış etmiş Rail Məlikovun oyunundan razı qaldığını bildirib: «Oyun ərəfəsində Elnur Allahverdiyevə dedim ki, bu mövqedə məhz Raili oynatmaq istəyirəm. Bilirsiniz, niyə belə etdim? Çünki indiyə qədər Elnurun bu mövqedəki oyunundan narazı qalmağıma bir səbəb olmayıb. O, İordaniya ilə qarşılaşmada da özünü yaxşı tərəfdən göstərə bildi. Lüksemburqla matçda isə Rail mənim etimadımı doğrultdu».
Foqts Leksemburqla oyunda qapıçı Kamran Ağayevin zədələnməsindən təəssüfləndiyini bildirib: «Onun vəziyyətinin tam olaraq nə yerdə olduğunu bilmək üçün bizə gözləmək lazım gələcək. Əgər əməliyyata ehtiyac olsa, mütləq həyata keçirmək lazım gələcək. Çünki biz artıq «Avro-2012»nin seçmə mərhələsinin astanasındayıq»
Berti Foqts may ayında millinin daha bir təlim-məşq toplanışının olacağını söyləyib. Onun sözlərinə görə, həmin toplanışda futbolçular tibbi testdən keçiriləcək: «Bu testin nəticəsini maraqla gözləyirəm. Testin nəticəsi kimin nəyin üzərində çalışacağını göstərəcək».
Berti Foqts milliyə yaradılan şəraitə görə AFFA rəhbərliyinə tüşəkkür edib: «Biz mütəmadi olaraq prezident, vitse-prezident və baş katiblə fikir mübadiləsi aparırıq.  Yeniyetmələr və gənclərdən ibarət milli komandalara lazımi dəstək göstəririk. Bir daha təkrar edirəm, belə federasiya əvvəl çalışdığım Nigeriyada olsaydı, mötəbər yarışların finallarında oynayardıq».
Foqts Azərbaycan millisinin üstün keyfiyyətlərindən birini komandadakı birlikdə görüb: «Əgər əvvəllər hansısa futbolçu yalnız özü haqda düşünürdüsə, artıq indi biz vahid komandaya çevrilmişik. Əgər görsəm ki, hansısa futbolçu özünü komandadan üstün tutur, o zaman ona millinin qapılarını göstərəcəyəm».

 

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə