“Bakı” klubunun vitse-prezidenti Tunc Avşarın Qol.Az saytına müsahibəsi
- Komandanızın son zamanlar nümayiş etdirdiyi futbolu necə dəyərləndirirsiniz?
- Bilirsiz, hazırda “Bakı” klubu istədiyi oyunu yüz faiz göstərə bilmir. Amma hər oyun daha da yaxşı təsir bağışlayır. “Standard”la kubok matçını nəzərə almasaq, əvvəlki oyunlarda daha yaxşı çıxış etmişdi.
- “Standard”la oyunda komandanızın qələbə qazana bilməməsinə nə mane oldu?
- Sumqayıt təmsilçisi çox yaxşı mübarizə apardı. “Standard”la bərabər səviyyədə mübarizə apara bilmədiyimizə görə belə bir nəticə qeydə alındı. Amma inanıram ki, cavab matçında komandamız turu keçə biləcək.
- «Bakı»nı cümə günü “Qarabağ”la çətin mübarizə gözləyir. “Qarabağ”la oyunda komandanızı hansı nəticə qane edəcək?
- Bu oyunun əhəmiyyəti bizim üçün çox böyükdür. İnanıram ki, “Qarabağ”la matçda qazanılacaq qələbədən sonra komandamızda yüksəliş dövrü başlayacaq. Görək, necə olur. “Qarabağ”la oyunda qazanılacaq nəticə sübut edəcək ki, indiyədək bir iş görə bilmişik, ya yox. Bilirsiz ki, qarşımıza həmişə olduğu kimi, iki məqsəd qoymuşuq. Həm ölkə kuboku qazanmaq, həm də çempion olmaq. Bu məqsədlər uğrunda mübarizəmizi sonadək davam etdirəcəyik.
- «Bakı»ya yeni transfer olunan futbolçular hələ də ümidləri doğrulda bilmirlər... Klubun baş meneceri Zeynal Məmmədov da saytımıza açıqlamasında yeni transferlərdən narazı olduğunu bildirib.
- Mən də Zeynal müəllimin fikirləri ilə razıyam. Biz komandamıza cəlb etdiyimiz yeni oyunçuların hamısını diqqətlə düşünüb transfer etmişik. Hamısın da karyerası bəllidir. Türkiyə, Portuqaliya kimi çempionatlarında çıxış etmiş oyunçulardır. Onların karyeraları haqda mənfi fikir bildirmək doğru olmaz. Orası da düzdür ki, futbolda keçmiş yox, gələcək var. Əsas olan onun nə vaxtsa göstərdiyi oyun deyil, indiki vəziyyətidir. Fikrimcə, yeni transferlər hazırda maksimum 40 faizlə çıxış edirlər. Onlar nə vaxt ki, potensiallarının 70-80 faizini ortaya qoyacaq, o zaman komandamızdakı müsbətə doğru dəyişiklərə hər kəs şahid olacaq.
- Adaptasiya prosesinin bu qədər ləng getməsi nə ilə bağlıdır?
- Bu haqda mənim bir şey söyləməyim çətindir. Mən sadəcə gördüyümü deyirəm. Biz klub olaraq onların ən qısa müddətdə adaptasiya olunmaları üçün hər cür şərait yaratmışıq.
- Komandanızın çempionluq şanslarını necə dəyərləndirirsiniz?
- “Altılıq” sistemində lider “İnter”dən 5 xal geridəyik. Bununla belə, əsas mərhələdə 30 xal da toplamaq mümkündür. Məqsədimiz bütün bu xalları qazanıb, çempion olmaqdır. “Altılıq” oyunlarına yaxşı nəticə ilə başlamaq istəyirik. Bunun üçün “Qarabağ” üzərində qələbə qazanmaq mütləqdir.
- Bülənt Qorxmaz çıxışlarında komanda rəhbərliyi qarşısında çempionluq sözü vermədiyini bildirir...
- “Bakı” klubu həmişə iddialı yerlər uğrunda mübarizə aparıb. Baş məşqçinin kimliyindən asılı olmayaraq, bu həmişə belə olacaq. Biz Bülənt Qorxmaza deməmişik ki, sən bizi çempion et, yaxud bu barədə əvvəlcədən söz ver. Çünki hətta Madrid «Real»nın baş məşqçisi belə bu cür vəd verə bilməz. Yəni demək istəyirəm ki, biz Qorxmazdan belə bir vəd istəməmişik. Amma hər kəs bilir ki, “Bakı” çempionluq istəyir. Prezidentimiz Hafiz müəllim başda olmaqla bütün rəhbərliyin Bülənt Qorxmaza böyük inamı var. İnanırıq ki, Bülənt Qorxmaz komandamıza həm çempionluq, həm də ölkə kubokunu qazandıracaq.
- Birdən “Bakı” klubu bunlardan heç birini qazana bilmədi, o zaman nə baş verəcək?
- Biz məşqçilərin fəaliyyətini onun qazanmış olduğu nəticələrlə qiymətləndirmirik. Gəlin, tələsməyək. Mövsüm bitsin. O zaman rəhbərlik və məşqçi bir yerdə toplanacağıq. Həmin toplantıya qədər Bülənt Qorxmaz komandaya kubok və çempionluğu qazandıra bilər. Yaxud da əksinə, heç bir mükafat əldə edə bilməz. Hər şeyə mövsümün sonundakı həmin toplantıda aydınlıq gələcək.
- Belə anladım ki, əgər Bülənt Qorxmaz həm kubok, həm də ölkə çempionatı oyunlarında nəticə verməsə belə, komandada qala bilər?
- Yüz faiz nəsə deyə bilmərəm. Sadəcə, belə bir ehtimal var. Yekun söz komandanın prezidenti Hafiz Məmmədovun olacaq.
- Son sualım isə bilavasitə sizin özünüzlə bağlı olacaq. «Bakı»ya qış fasiləsində yeni oyunçuların gəlməsində, həm də baş məşqçi Bülənt Qorxmazın transferində ən böyük rolu siz oynamısınız. Komandanın uğursuz çıxış etməsi sizin özünüzün “Bakı” klubunda nüfuzunuzun aşağı düşməsinə gətirib çıxarmayacaq ki?
- Mən bura keçən il gəlmişəm. “Bakı” klubunda gördüyüm işlər sadəcə əsas komanda ilə bağlı deyil. Əlbəttə, mövsüm bitdiyində keçən il olduğu kimi bu il də klubda gördüyüm işlərlə bağlı Hafiz müəllimə hesabat verəcəyəm. Onun son qərarından sonra “Bakı”dakı gələcək fəaliyyətimə aydınlıq gələcək. Yenə qeyd etmək istəyirəm ki, mənim burda gördüyüm işlər təkcə əsas komanda ilə əlaqəli deyil. Həm də klubun peşəkarlaşmasına, uşaq futboluna məsul olan şəxsəm. Son qərar prezidentimizin olacaq: get desə gedəcəm, qal desə qalacam.
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?
Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu
İlin ən yaxşı məşqçisi açıqlandı
Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi
İlin ən baxımlı qol müəllifi bəlli oldu
PSJ Mbappenin təzminatı barədə açıqlama verdi
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
Çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi
İngiltərə klubunun baş məşqçisi klubla yollarını ayırır
Maaşlar ödənilmədi, futbolçular klubu tərk etdi
"Qarabağ"ın qış hazırlıq planı bəlli oldu
FİFA-nın seçimində dünyada ilin ən yaxşı qapıçısı oldu
Məhkəmə qərar verdi: PSJ Mbappeyə təzminat ödəyəcək
"Xankəndi" 6 qolla qalib gəldi
“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza
"Neftçi"nin legioneri milliyə çağırıldı
"Qəbələ"nin futbolçusu cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Volkanı Metin əvəzlədi
"Dörd aydır maaş almırıq, ayıb deyil?"
Brendan Rocersin yeni klubu açıqlandı
"Mançester Siti" onu nişan alıb
Mareska gedir, Xavi gəlir
Rüstəm Əhmədzadənin yubiley oyunu
"Azərbaycanda məşqdən sonra qutab yeməyə gedirik"
Azərbaycan Premyer Liqasında 10-cu ukraynalı baş məşqçi
18 ildən sonra
Jardim istefa verdi
“Qarabağ”a qalib gələn klubun 5 ulduzlu yeni bazası - Video
Belçika millisinin üzvü "Milan"la müqaviləni uzatdı - Rəsmi
Babək Quliyev Konfrans Liqasının oyununda
İspaniya millisinin sabiq üzvü Messinin komanda yoldaşı oldu
Taliska başladı, Asensio bitirdi - Video
“Old Trafford”da 8 qol vuruldu
Turun son qalibi “Roma” oldu
Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
“Fənərbaxça” “Konyaspor”u darmadağın etdi
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı