Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov AFFA-nın sabiq Mətbuat və İctimaiyyətlə Əlaqəlar Departamentinin rəhbəri Məzahir Süleymanzadənin hələ 2007-ci ildə İngiltərə ilə oyundan əvvəl yaşanan olaylara açıqlamasına sərt reaksiya verib. Xatırladaq ki, M.Süleymanzadə İngiltərə - Azərbaycan matçından əvvəl Qurban Qurbanov və Rəşad Sadıqovun millimizin heyətini müəyyənləşdirdiklərini və o vaxtkı baş məşqçi, braziliyalı Karlos Alberto Torresin hətta ehtiyat oyunçular skamyasında oturmamasını tələb etdiklərini deyib.
Rəşad Sadıqov isə Qol.Az-a açıqlamasında baş verənlərə ətraflı aydınlın gətirib. Onun sözlərinə görə, hələ milliyə yeni gəldikdən sonra Torres futbolçuları tanımadığı üçün komandanın bəzi aparıcı üzvlərindən ona öz tövsiyələrini verməyi xahiş edib: «Milli komanda ilə bağlı orda-burda çox söhbətlər edirlər, mətbuatda müəyyən yanlış informasiyalar verməklə azarkeşləri çaşdırmaq istəyirlər. Torres bizim fikirlərimizə həmişə hörmətlə yanaşıb, müəyyən rəylərimizi nəzərə alıb. İngiltərə ilə oyundan əvvəl deyilənlərə gəlincə, futbolçular tərəfindən heyətin qurulmasından qətiyyən söhbət gedə bilməz. Sadəcə, bu oyun ərəfəsində millinin 3-4 futbolçusunun Torreslə ənənəvi məsləhətləşmələri oldu. Biz xahiş etdik ki, İngiltərə komandasına qarşı müdafiəyə meyilli futbol oynamaq lazımdır, ona görə də iki müdafiəçinin əsas heyətdə meydana buraxılmasını təklif etdik. Çünki Polşaya qarşı matçda Torres hücumameylli taktika qurmuşdu. Həmin qarşılaşmada üç hücumçu ilə oynadıq. Bu isə ona gətirib çıxardı ki, komandamız 0:8 hesabı ilə acınacaqlı məğlubiyyətə uğradı».
Rəşad Sadıqov İngiltərə ilə oyunda Torresə konkret hansı müdafiəçiləri məsləhət gördüklərini açıqlamaq istəmədiyini deyib. Torresdən ehtiyat oyunçular skamyasında oturmamağı tələb etmələri ilə bağlı iddialara isə millinin kapitanının münasibəti belə olub: «Hansı futbolçu məşqçisinə qarşı belə tələblə çıxış edə bilər? Mən özümdən danışacağam. Açıq şəkildə bildirirəm ki, milli komandada Torresin ən çox istədiyi və dəstək verdiyi futbolçu mən olmuşam. Məhz onun zamanında millinin kapitanı seçilmişəm. Necə ola bilər ki, bütün bu yaxşılıqlardan sonra mən Torresə qarşı çıxım? Götürün, təhlil edin, ən uğurlu oyunlarımı məhz Torresin rəhbərliyi altında keçirmişəm. Torres millidən gedəndən sonra mənim başıma gələnləri bilirsiniz. Belə hərəkət etməyim məmkün deyil. Sadəcə, indi mətbuatda bəziləri «Qarabağ»ın uğurlarına kölgə salmaq, «altılığ» oyunları ərəfəsində ona psixoloji təsir göstərmək üçün klubun baş məşqçisini və əsas futbolçularından birini hədəfə alıb. Görünür, komandanın heyətinin başdan-ayağa azərbaycanlılardan təşkil olunması bəzilərində qıcıq yaratmağa başlayıb. Bu təzyiqləri, atmacaları bir kənara qoymaq lazımdır». Rəşad Sadıqovun sözlərinə görə, AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev də futbolçulardan Torresə tövsiyələr verməyi xahiş edib: «Amma biz heç vaxt məşqçinin işinə qarışa bilməzdik. Biz heç vaxt göstərişlə, əmrlə hərəkət etməmişik. Dediyim kimi, məşqçinin özünün istəyinə uyğun olaraq, məsləhət və tövsiyələrimizi vermişik. Məzahir Süleymanzadədən soruşmaq lazımdır ki, biz kimin yanında belə söhbətlər etmişik? Polşa ilə oyundan sonra Torresin təcrübəli oyunçularla söhbəti oldu. Belə müzakirələr digər oyunlar zamanı da baş verirdi. Polşa komandası ilə matçdan sonra Torres biz futbolçuları danladı. Həmin görüşdə millinin kapitanı və vitse-kapitanı söz aldı, İngiltərə ilə oyunda Polşa rüsvayçılığının təkrarlanmaması üçün fikirlərini bildirdi, təkliflərini irəli sürdü. Torres bizi eşitdi. Nəticə də bu oldu ki, İngiltərə kimi komanda ilə səfər oyununda normal futbol oynadıq, minimal hesabla məğlubiyyətə uğradıq. Amma ingilislərə də böyük hesabla uduza bilərdik. Onların 10 dənə real qol imkanı oldu. Polşayla oyunda isə rəqibin demək olar ki, bütün hucumları qolla nəticələnirdi. Futbolda belə şeylər çox olur. Bir daha deyirəm, biz heç vaxt öz məşqçilərimizlə göstərişlə, əmrlə danışmamışıq. Amma görünür, indi belə söhbətləri ortaya atmaq bəzilərinə hava və su kimi lazımdır. «Qarabağ»ın heyətinin azərbaycanlı futbolçulardan təşkil olunmasını bəzilərinin gözləri götürmür. Hərçənd, qoy hamı bilsin ki, Azərbaycanın dərdi elə azərbaycanlıya qalacaq. Azərbaycanlı futbolçulara, məşqçilərə belə ləkə yaxmaq olmaz. Belə çürük söhbətləri gündəmə gətirməsinlər. Kim gəlib desə və sübut eləsə ki, məşqçinin işinə qarışmışam, ona göstəriş vermişəm, elə həmin dəqiqə futbolu ataram».
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?
Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu
İlin ən yaxşı məşqçisi açıqlandı
Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi
İlin ən baxımlı qol müəllifi bəlli oldu
PSJ Mbappenin təzminatı barədə açıqlama verdi
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
Çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi
İngiltərə klubunun baş məşqçisi klubla yollarını ayırır
Maaşlar ödənilmədi, futbolçular klubu tərk etdi
"Qarabağ"ın qış hazırlıq planı bəlli oldu
FİFA-nın seçimində dünyada ilin ən yaxşı qapıçısı oldu
Məhkəmə qərar verdi: PSJ Mbappeyə təzminat ödəyəcək
"Xankəndi" 6 qolla qalib gəldi
“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza
"Neftçi"nin legioneri milliyə çağırıldı
"Qəbələ"nin futbolçusu cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Volkanı Metin əvəzlədi
"Dörd aydır maaş almırıq, ayıb deyil?"
Brendan Rocersin yeni klubu açıqlandı
"Mançester Siti" onu nişan alıb
Mareska gedir, Xavi gəlir
Rüstəm Əhmədzadənin yubiley oyunu
"Azərbaycanda məşqdən sonra qutab yeməyə gedirik"
Azərbaycan Premyer Liqasında 10-cu ukraynalı baş məşqçi
18 ildən sonra
Jardim istefa verdi
“Qarabağ”a qalib gələn klubun 5 ulduzlu yeni bazası - Video
Belçika millisinin üzvü "Milan"la müqaviləni uzatdı - Rəsmi
Babək Quliyev Konfrans Liqasının oyununda
İspaniya millisinin sabiq üzvü Messinin komanda yoldaşı oldu
Taliska başladı, Asensio bitirdi - Video
“Old Trafford”da 8 qol vuruldu
Turun son qalibi “Roma” oldu
Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
“Fənərbaxça” “Konyaspor”u darmadağın etdi
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı