Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən «Qarabağ» - «Xəzər Lənkəran» matçının qəhrəmanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Dünənki qarşılaşmada qeydə alınan hesab səni qane etdi?
- Əslində, çoxları düşünə bilər ki, 2:1 cavab oyunu üçün sürüşkən nəticədir. Amma «Xəzər Lənkəran» kimi rəqiblə oyunda hesabda geri düşdükdən sonra toparlanıb iki qol vurmaq və qələbə qazanmaq çox yaxşı haldır. Oyunun özünə gəlincə, bərabər mübarizə getdi. Cavab qarşılaşması haqda onu deyə bilərəm ki, bizi ağır səfər oyunu gözləyir. Əlimizdən gələni edəcəyik ki, mübarizəni yarıyolda dayandırmayaq.
- «Qarabağ»ın dünənki oyununda hər iki qolu bu dəfə müdafəçilər vurdu. Artıq belə nəticəyə gəlmək olar ki, hücum xəttiniz çox dişsizdir?
- Bu fikirlə qətiyyən razı deyiləm. «Qarabağ» kollektiv futbol oynayır. Özünüz də görürsünüz ki, bizdə fərdi yox, komanda oyunu var. Az qala hər matçda bir futbolçu səhnəyə çıxır. Dünənki qarşılaşmada Əfran İsmayılov zədəli olduğuna görə meydana çıxa bilmədi. Sol cinahda oynayan Adamiya hələ tam forma yığa bilməyib. Zədəsini təzə-təzə bərpa edən Vüqar Nadirov çox istəkli görünürdü. Amma millinin təlim-məşq toplanışından yeni qayıtdığına görə yorğun idi. Eyni sözləri Rauf Əliyev və Elvin Məmmədov haqda da deyə bilərəm. Amma düzü, «Xəzər Lənkəran»la oyunda bu qədər əzmlə mübarizə aparacağımızı gözləmirdim. Biz bu oyuna hazırlaşmaq üçün heç iki dəfə məşq etməmişdik. Bununla belə, nə fiziki, nə də taktiki cəhətdən rəqibdən geri qaldıq.
- «Qarabağ»ın millidə çox sayda futbolçu ilə təmsil olunmasının klubun oyununa təsir göstərə biləcəyini söyləmişdin. Bu, dünənki qarşılaşmada özünü biruzə verdi?
- Yox. Əlbəttə, bu oyun ərəfəsində millidə çıxış edən futbolçular klubun düşərgəsində bir yerdə 10-15 gün olsaydılar, bəlkə də daha yaxşı təsir bağışlayardıq. Amma mən dünənki oyunumuzdan razı qaldım.
- Sən müxtəlif fərqli azarkeş mühiti görmüş futbolçusan. «Qarabağ»ın azarkeşləri haqda fikrin necədir? Hər halda belə bir rəy var ki, onlar tribunaları doldursalar da, passiv görsənirlər.
- Bilirsiniz ki, Quzanlı sakinləri neçə ildir düşmənlə təmas xəttində yaşayırlar. Ağdamın xeyli ərazisi işğal altındadır. Bu mənada, «Qarabağ»ın azarkeşlərinin psixoloji durumu yüksək deyil. Buna baxmayaraq, həvəslə bizim oyunlara gəlir və komandaya dəstək olurlar. Tribunaları doldururlar və imkan düşdükcə azarkeşlik edirlər. Biz də onların qarşısında böyük məsuliyyətlə oynayırıq. Başa düşürük ki, harada və kimin qarşısında çıxış edirik.
- Çempionatın əsas mərhələsinin oyunları başlayır. «Bakı» ilə «altılıq» oyunu ərəfəsində yəqin ki, komandada əhval-ruhiyyə yüksəkdir.
- Komandamız çox gəncdir. Mənim çəkindiyim odur ki, uşaqlarda getdikcə stress yarana bilər. Amma yaxşı ki, hələ bunlar yoxdur. Hər bir oyuna ciddi hazırlaşırıq, ağır yükün altına girə bilirik. Bütün komandaların, azarkeşlərin, bir sözlə, Azərbaycanda demək olar ki, hamının bizə simpatiyası var. Çünki «Qarabağ»ın heyəti demək olar ki, yerli futbolçulardan təşkil olunub. Meydanın hər bir qarışı uğrunda sonadək əzmlə mübarizə aparırıq. «Qarabağ»ın ikinci dövrədə göstərdiyi oyundan ləzzət alıram.
- Proqnozun nədir? «Qarabağ»ın hazırkı potensialı neçənci yeri tutmağa imkan verir?
- Fikrimcə, ilk üçlüyə düşsək, bu, bizim üçün uğur hesab olunmalıdır. Komandamızda «Xəzər Lənkəran», «Neftçi», «Bakı»da olduğu kimi, legionerlər yoxdur. Buna baxmayaraq, kollektiv oyun sərgiləməklə istəyimizə çata bilərik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu