Milli komandamızın və “İnter”in yarımmüdafiəçisi Samir Abbasovun Qol.Az saytına müsahibəsi
- Milli komandamızın təcrübəli üzvi kimi son yoxlama görüşlərində keçirdiyimiz oyunlara necə qiymət verirsən?
- Mən həmişə qeyd etmişəm ki, bu cür toplanışlar mütəmadi keçirilməlidir. İlk oyunda komandamız yaxşı təsir bağışladı. Amma Lüksemburqla oyun haqda bunları söyləyə bilməyəcəyəm. Həqiqətən həmin matçda nə baş verdiyini hələ də anlaya bilmirəm. Çox pis oyun nümayiş etdirdik. Adicə özümdən götürürəm ki, uşaq səhvləri etdim. İki metr məsafədən ötürmə edirdin, top düzgün istiqamətə getmirdi. Bilmədim nə məsələdir. Bəlkə də buna yol yorğunluğu səbəb oldu. Yoldaşlıq görüşlərinin bir müsbət cəhəti də odur ki, səhvləri görmək şansın olur. Növbəti oyunlarda, məşqlərdə bu səhvlər üzərində çalışırsan. Baş məşqçi Berti Foqtsun da oyunumuzdan narazı qaldığını bilirəm.
- Lüksemburqla matçda komandamızın zəif çıxış etdiyini qeyd etdin. Səncə, bu, həm də Lüksemburqun İordaniyadan güclü olması ilə əlaqədar deyil?
- Mən bu fikirlə razı deyiləm. Sadəcə, Lüksemburqla matçda adi səhvlər edirdik. Bəzən heyətin bir-iki üzvündə oyun alınmır. Bunu təbii qəbul etmək lazımdır. Amma Lüksemburqla matçda heç birimizin oyunu alınmadı. Bunun səbəbini də bayaq qeyd etdiyim kimi, yol yorğunluğu ilə bağlı olduğu qənaətindəyəm.
- Yoldaşlıq görüşlərində millimizə seçilən rəqiblərin səviyyəsi səni qane etdi?
- Razıyam ki, İordaniya və Lüksemburqla matçlara özümüzü güclü hesab edərək çıxmışdıq. AFFA-nın baş katibi Elxan müəllim də çalışır ki, millimiz səviyyəli rəqiblərlə oynasın. Məsələnin başqa bir tərəfi də var. Axı, hər milli komanda da bizimlə qarşılaşmaq istəmir. İyunda Hondurasla oynayacağıq. Honduras dünya çempionatına vəsiqə qazanmış bir komandadır. Yoxlama görüşü keçirdiyimiz son iki komandadan da çox güclüdür. Vallah-billah özümüz də istəyirik ki, güclü rəqiblərlə oynayaq. Çünki “Avro-2012”nin qrup mərhələsində güclü komandalarla eyni qrupa düşmüşük. Heç olmasa, həmin oyunlara qədər hazır vəziyyətə gəlməliyik ki, onlarla görüşlərdə nə etmək lazım olduğunu bilək.
- Milli komandanın tez-tez toplanışlara yığışmasını yaxşı hal sayırsan. Amma bir məsələ də var ki, milli komandanın çempionatın bu qızğın vaxtında toplanışlara yığışması bəzən tənqid olunur. Mütəxəssislər bu toplanışların klubların motivasiyasını aşağı saldığını bildirir.
- Əslində klub rəhbərlərinin, mütəxəssislərin belə söz deməyə hardasa haqları var. Çünki “altılıq”da olan hər bir klub qarşısına çempionluq hədəfi qoyub. Digər tərəfdən, bunu da qəbul etmək lazımdır ki, bizim milli komanda üçün uzunmüddətli təlim-məşqlərə ehtiyac var. Axı, bizim komandanın səviyyəsi o qədər yüksək deyil ki, oyuna 3-4 gün qalmış yığışsın və çıxıb qələbə qazansın.
- Milli komandaya dəvət alan yeni futbolçuların oyununu bəyəndin?
- Mən hələ onların milliyə tam uyğunlaşmadığı fikrindəyəm. Düzdür, Fərid və Əfran millidə qol vurdular, yaxşı oyun nümayiş etdirdilər. Amma görürdün ki, təcrübə öz sözünü deyir. Bəzən adi epizodlarda səhvlər edirdilər. Hər halda, Foqts onları yenidən milliyə dəvət edəcəksə, bu, ancaq bizim xeyrimizə olacaq. Çünki hamısı istedadlı uşaqlardır.
- Milli komandamızın qapıçıları Kamran Ağayev və Fərhad Vəliyev arasında nə kimi fərqlər var?
- Hər ikisi güclü qapıçılardır. Amma tam əminliklə söyləyə bilərəm ki, Azərbaycanın bir nömrəli qapıçısı Kamran Ağayevdir. Düzdür, onu zədələr bezdirir. Amma Kamran qapıda olanda biz də rahat oynayırıq.
- “Avro-2012”nin seçmə mərhələsində hansı yerlər uğrunda mübarizə aparmağımızı real sayırsan?
- Mən bu haqda danışmaq istəmirəm. Əsas məsələ odur ki, ən azı evdəki matçlarımızın hamısında qalib gələk. İndi mənə güləcəklər ki, Almaniyanı udmaq istəyirsən? Rəqibin kimliyinin heç bir önəmi yoxdur. Sadəcə, çıxıb sonadək oynamaq və qələbə qazanmaq lazımdır. Həqiqətən bizim üçün çox çətin olacaq. Hələ səfər oyunlarını demirəm.
- Sabah ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi” ilə qarşılaşacaqsınız. Komandada ümumi vəziyyət necədir?
- Hər şey qaydasındadır. Əhval-ruhiyyə yüksək səviyyədədir. Dünən komandanın məşqində iştirak etdim. Amma fərdi şəkildə yüngül məşqlərlə kifayətləndim.
- Rəqibi necə dəyərləndirirsən?
- Bilirsiz ki, “Neftçi”də bu günlərdə məşqçi dəyişikliyi baş verdi. Amma inanmıram ki, Arif Əsədov qısa müddətdə komandada nəsə köklü islahatlar apara bilib. Ən azı bunu etməyə o qədər də vaxtı olmayıb. Açığı, “Neftçi” bizim üçün problemli rəqib deyil, bu komandaya qalib gəlmək olar. Biri var “Xəzər Lənkəran”, yaxud “Qarabağ”la oynayasan, biri də var. “Neftçi” ilə. Düzdür, “Neftçi”də güclü futbolçular oynayır. Sadəcə, 3-4 ildir onlarda elə vəziyyət yaranıb ki, futbolçuların özlərinə olan inamları qalmayıb. Əgər “İnter” öz oyununu nümayiş etdirə bilsə, rəqibi məğlub etmək bizim üçün problem olmayacaq.
- Komandanızın “altılıq” şansları barəsində fikirlərin necədir?
- “Altılığ”a vəsiqə qazanan bütün klubların çempionluq şansları yüksəkdir. Amma əsas rəqib olaraq özümüzə “Xəzər Lənkəran” və “Qarabağ”ı görürük. “Qarabağ”la Quzanlıdakı səfər oyunu dəhşətli dərəcədə ağır olur. Bundan əlavə orada şərait də yüksək deyil. Gedib Mingəçevirdə qalırsan. Səhər durub bir saat yarıma Quzanlıya gedirsən. Və çıxırsan oyuna. Quzanlıda oynamaq çətindir.
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi
100-cü oyun
Qvardiola: “Bu məğlubiyyət bizi daha da gücləndirəcək”
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri açıqlandı
"Azərbaycanda oynayıramsa, "Qarabağ"ın uğuruna sevinməliyəm" - Portuqaliyalı legioner
"Qəbələ"nin 200-cü məğlubiyyəti
"Kəpəz"in uğursuzluq yubileyi
Andrade üçün əlamətdar oyun
“Bavariya”nın futbolçusu İngiltərə yolunda
Neymarın yeni ünvanı İtaliya ola bilər
"El-Klasiko"da vurulan qollar - Video
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan dünya çempionu oldu
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi