Azəraycan milli komandasının kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- İlk öncə millinin son iki oyunu ilə bağlı fikirlərini bilmək istərdik. Komandamızın ardıcıl qələbələrindən sonra demək olarmı ki, artıq millimiz öz oyununu tapa bilib?
- Son iki oyunda komandamızdan tam razı qalmadım. Ondan əvvəlki qarşılaşmalarda, xüsusən seçmə mərhələnin sonlarında millimiz daha yaxşı təsir bağışlayırdı. Bu dəfə baş məşqçi heyətdə daha çox gənc futbolçulara şans verdi. Qələbə qazanmağımız yaxşı haldır. Düzdür, son iki oyun, xüsusilə Lükseburqa qarşı matç istədiyim kimi alınmadı. Amma əsas odur ki, komandamızda mübarizə var. Nəticəyə oynamağı bacarırıq.
- Millinin durumu ilə bağlı bir kapitan kimi Foqtsla ikilikdə söhbətiniz olubmu?
- Bu dəfə konkret hansısa danışığımız olmadı. Təlim-məşq toplanışına getməzdən əvvəl mənim özüm barədə söhbət etdik. Foqtsun müəyyən tövsiyələri oldu. Mənim oyunum haqda Foqts həmişə dəyərli məsləhətlər verir.
- Konkret nə dedi?
- Bu, ikimizin aramızda olan söhbətdir deyə, açıqlamaq istəməzdim. Bu cür ayaqüstü söhbətlərimiz tez-tez olur.
- Millinin budəfəki oyunlarında komandamızda hansısa problemlər gördünmü?
- Fikrimcə, topla daha yaxşı işləməliyik. Çox top itiririk. Dediyim kimi, komanda mübarizə apara bilir. Amma əks hücumlarda daha fəal olmalıyıq. Bunları aradan qaldırmağı bacara bilərik. İnanıram ki, bütün problemlər get-gedə arxada qalacaq.
- Azərbaycan millisi son iki oyunda dörd qol vurdu. Səncə, komandamızın ənənəvi qol vurmaq problemi aradan qalxırmı?
- Bu haqda birmənalı fikir söyləmək çətindir. Rəqibin səviyyəsindən də çox şey asılıdır. Komandamız isə cavandır. Bəzən çoxları həyəcan altında oyuna çıxır. Hesab edirəm ki, səbirli olmaq lazımdır.
- Foqts millidə yerli futbolçulara daha çox şans verəndən sonra komandamızda müsbət dəyişikliklər nəzərə çarpır. Bu mənada, necə fikirləşirsən, legioner futbolçularla birdəfəlik üzülüşməyin vaxtı çatıbmı?
- Mən millidə heç vaxt legioner-yerli futbolçu söhbətinin tərəfdarı olmamışam. Bəli, mən də istərdim ki, yerli futbolçuların sayı daha çox olsun. Amma əgər komandamıza fayda verə biləcək legioner futbolçu varsa və məşqçilər onu milliyə dəvət edirsə, bunu normal qəbul edərəm.
- «Qarabağ»dakı komanda yoldaşların Əfran İsmayılov və Rauf Əliyev, eləcə də Fərid Quliyev millidə debüt etdilər. Onların oyunları səni razı saldımı?
- Fərid Quliyevin oyunu çox xoşuma gəldi. Belə davam etsə, Fərid çox güclü hucumçu olacaq. Qətiyyən arxayınlaşmamalı və öz üzərində daha çox çalışmalıdır. Yaxşı göstəriciləri var. Raufa gəlincə, onun potensialı daha böyükdür. İordaniya ilə oyunda fəallığı ilə seçildi. Lüksemburqla qarışlaşmada isə özünü yüksək səviyyədə göstərə bilmədi. Bu da onun öz mövqeyində oynamamısından irəli gəlirdi. Rauf sol cinahda oynadığından potansialından aşağı səviyyədə çıxış etdi. Əfran isə yaxşı oynadı. Amma zədələnməsi səbəbindən növbəti matçı buraxmalı oldu.
- «Neftçi»nin futbolçusu Elmar Baxşiyev deyib ki, Rəşadın «Neftçi»də yeri görünür və o, bu komandaya qayıtmalıdır.
- Bu məsələyə münasibət bildirmək istəmirəm. Bəli, mən «Neftçi» və oradakı komanda yoldaşlarım üçün çox darıxmışam. «Neftçi» mənə doğma klubdur. Hansı komandada oynamağımdan asılı olmayaraq, ürəyim həmişə bu komandada qalacaq.
- «Neftçi»yə dönmək variantı varmı?
- Hələ bu haqda heç nə demək istəmirəm. İndi «Qarabağ»dayam və məni yalnız bu komandanın uğurları maraqlandırır. Xüsusilə çempionatın həlledici mərhələsi başladığından başqa hansısa kluba keçəcəyimi indidən ağlıma belə gətirmirəm.
- «Xəzər Lənkəran»la çətin oyununuz var. Baş məşqçi Qurban Qurbanov deyir ki, «Qarabağ»ın doqquz futbolçusunun millidə olması komandaya bir tərəfdən də mənfi təsir göstərir.
- Əlbəttə, «Qarabağ»ın milli komandalarda çox futbolçu ilə təmsil olunması yaxşı haldır. Amma o biri tərəfdən bunun kluba ziyanı var. «Qarabağ»ın millidə və gənclərdən ibarət yığma komandada xeyli futbolçusu oynayır. Buna görə də biz olmayanda komanda 5-6 futbolçu ilə məşq etmək məcburiyyətində qalır. Bu baxımdan, komandanın özünü taktiki baxımdan oyunlara hazırlaması çətin olur. Çempionatın birinci mərhələsində bu problemləri aradan qaldırmaq rahat idi. Amma indi çox ağır oyunlar gəlir, hər bir oyunun məsuliyyəti böyükdür. Komandamızın özünü bu oyunlara hazırlamasına vaxtı azdır. Amma çalışacağıq ki, problemləri aradan qaldıraq və «Xəzər Lənkəran», ardınca «Bakı» ilə oyunlarda maksimum nəticə göstərək.
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi
100-cü oyun
Qvardiola: “Bu məğlubiyyət bizi daha da gücləndirəcək”
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri açıqlandı
"Azərbaycanda oynayıramsa, "Qarabağ"ın uğuruna sevinməliyəm" - Portuqaliyalı legioner
"Qəbələ"nin 200-cü məğlubiyyəti
"Kəpəz"in uğursuzluq yubileyi
Andrade üçün əlamətdar oyun
“Bavariya”nın futbolçusu İngiltərə yolunda
Neymarın yeni ünvanı İtaliya ola bilər
"El-Klasiko"da vurulan qollar - Video
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan dünya çempionu oldu
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi