"Olimpik-Şüvəlan" etiraz edir: "AFFA-nın konfransından kənarda qaldıq"

"Olimpik-Şüvəlan" etiraz edir: "AFFA-nın konfransından kənarda qaldıq"
ÖLKƏ FUTBOLU 6 Mart 2010 / 01:40 2263
-  A +

“Olimpik-Şüvəlan” PFK dünən AFFA-nın növbəti Konfransında qərarların qəbulu prosesində kənarda qalmasına etiraz edib. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytında yer alan bəyanatda bildirilir: “Dünən AFFA-nın növbəti konfransında nizamnaməyə uyğun olaraq, gündəliyə bir sıra məsələlər daxil edilib və bunlarla bağlı qərarlar qəbul olunub. Təəssüf ki, bu qərarların qəbulu prosesində heç də bütün təşkilatın nümayəndələri iştirak edə bilməyib. Konkret olaraq “Olimpik-Şüvəlan” PFK səsvermə hüququndan məhrum edilib. Klubumuzu təmsil edən prezident Vaqif Qasımova mandat verilmədiyindən o səsvermədə iştirak edə bilməyib. AFFA-da bunun səbəbi kimi klubların təmsilçiliyinin PFL tərəfindən müəyyən edildiyini və PFL-in konfransa göndərdiyi siyahıda “Olimpik-Şüvəlan”ın səs hüququna malik olmamasını göstərib. Təbii ki, Premyer Liqada çıxış edən “Olimpik-Şüvəlan”ın AFFA-nın ali idarəetmə orqanı sayılan Konfransda öz dərdini deyə bilməməsi, ölkə futbolunun problemlərinin müzakirə və həllindən kənarda qoyulması başa düşülən deyil. Biz bununla razılaşa bilmərik. Halbuki bizim də futbolumuzun idarəçiliyi, peşəkar futbolun problemləri, çempionatın keçirilməsi və.s məsələlərə dair ciddi təkliflərimiz var idi və bunları Konfrans iştirakçılarının müzakirəsinə təqdim etmək istəyirdik. Ancaq bu imkanlarımız əlimizdən alındı. Hər halda AFFA və PFL-in bu addımına belə qiymət verə bilərik. Sual olunur: PFL Premyer Liqada çıxış edən 12 klubdan 9-na səsvermə hüququ verərkən hansı prinsipə əsaslanıb? Belə çıxır ki, “Olimpik-Şüvəlan” PFL-in üzvi deyil və bu qurumun formalaşmasında heç bir rolu olmayıb.Biz klubumuzun heç bir tutarlı səbəb olmadan ümumi proseslərdən kənarda qalmasını bu baxımdan nüfuzumuza zərbə kimi qəbul edirik. Ona görə də rəsmi mövqeyimizi açıqlamaqla bu hadisəyə ciddi etiraz bildirir və məsələyə bir daha aydınlıq gətiriləcəyinə ümid edirik”.

Daha çox


Son xəbərlər