«Neftçi»nin vitse-prezidenti Tahir Süleymanovun Qol.Az saytına müsahibəsi
- Norveçin «Valerenqa» klubunun nümayəndəsi Qlen Şiller komandanızın futbolçusu Ruslan Abışovun transferi ilə bağlı danışıqlar aparmaq üçün Bakıya gəlib. «Neftçi» rəhbərliyinin Ruslanın Norveç klubuna mümkün keçidi ildə bağlı qərarı necədir?
- Hələlik heç bir qərar verilməyib. Bildiyiniz kimi, bir neçə gün əvvəl Norveç klubu bizə rəsmi təklif irəli sürüb. Amma onu demək istəyirəm ki, «Neftçi» və «Valerenqa» klubları arasında Ruslan Abışovla bağlı aparılan hazırkı danışıqlarda konkret hansısa razılaşmadan söhbət gedə bilməz. Qlen Şillerlə dünənki görüşümüzdə bu məsələylə əlaqədar danışıqlarımız oldu. Eyni zamanda Azərbaycan fuğbolunun hazırkı durumu da müzakirə edildi. Bu, bir növ tanışlıq xarakterli görüş idi. Görüşdə klubun prezidenti Sadıq Sadıqovun adından qonağa klubun atributları və «Neftçi»nin 70 illiyi münasibətilə nəşr olunmuş kitab hədiyyə edildi. Qlen Şiller görüşdən məmnun qaldı.
- Danışıqları yekunlaşmış hesab etmək olarmı?
- Xeyr. Bu gün «Valerenqa»nın daha bir nümayəndəsi Azərbaycana gəlib. Ancaq gec olduğu üçün bugünə nəzərdə tutulan görüşümüz baş tutmadı. Sabah danışıqları davam etdirəcəyik.
- Hər halda, «Neftçi» rəhbərliyi bu transferlə bağlı qərarını müəyyənləşdiribmi?
- Danışıqlar sabah da davam edəcək. Bildiyiniz kimi, son illər Azərbaycan futbolçularına istər Rusiya, istərsə də Avropa klublarından dəvətlər gəlib. Bu da bizim gənc futbolçularımızın istedadından xəbər verir. Klubun prezidenti ilə məsləhətləşmələr aparmışıq. Ruslanın da bu transferlər bağlı fikrinizi öyrənəcəyik. Amma biz hesab edirik ki, Ruslan Abışov daha iddalı klublarda oynamağa layiqdir. Bununla belə, Ruslanla bağlı istənilən təklifi müzakirə etməyə və qarşı tərəfi yüksək səviyyədə dinləməyə hazırıq.
- Bütün hallarda, yenə aydın olmadı. «Neftçi» Ruslanın «Valerenqa»ya getməsinə razıdır, ya yox?
- Bir daha deyirəm, konkret heç bir razılaşmadan söhbət getmir. Dünənki görüşümüzdə də dedim, Ruslan Abışov millinin aparıcı üzvüdür və eyni zamanda gənc yaşına baxmayaraq, «Neftçi»nin liderlərindən birinə çevrilib. Biz belə bir futbolçunu baxışa göndərə bilmərik. Yəqin ki, Ruslan da bu fikirdə olacaq. Ruslanın potensialı daha səviyyəli klublarda oynamağa imkan verir.
- Belə başa düşdük ki, «Neftçi» Ruslanın Norveç klubuna buraxmaq istəmir?
- Bilirsiniz, bütün məsələlələri incəliyinə qədər nizamlamalıyıq. Yalnız danışıqlar zamanı hər şeyə aydınlıq gələcək. Klubumuzun prezidenti Sadıq Sadıqovun da mövqeyi belədir ki, Ruslan daha iddialı komandalarda oynamalıdır. Qarşıdan «altılığın» oyunları gəlir. Həm də Ruslana daha güclü klublardan dəvətin gəlməsinə çox vaxt qalmayıb. Millinin seçmə oyunları olacaq. Bu mərhələdə komandamız Türkiyə və Almaniya kimi ölkələrin komandası ilə qarşılaşacaq. Mən şübhə etmirəm ki, bu ölkələrin milliləri ilə ilə oyunlarda komandamızı digər üzvləri ilə yanaşı Ruslan Abışov da yüksək səviyyədə çıxış etməklə iddialı klubların diqqətini cəlb edəcək.
Biz Ruslan Abışov kimi futbolçularımıza aşağı dəyərləndirməməliyik. Ruslanın bir futbolçu kimi dəyəri yüksəkdir. Hər hansı bir təklifə dərhal reaksiya verməməliyik. Qeyd etdiyim kimi, futbolçularımıza maraq artıb. Ruslan da həmin futbolçulardan biridir. Necə deyərlər, bu məsələdə, yüz ölçüb bir biçmək lazımdır.
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu