“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Topaz Premyer Liqanın 25-ci turunda “Qarabağ” la oyundan (0:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Doğrudan da çox çətin oldu. “Qarabağ”a qarşı çempionluq oyunu idi. Qələbə qazanmaq üçün əlimizdən gələni elədik. Ancaq alınmadı. Üç xal qazana bilmədiyimiz üçün təəssüflənirik.
- Artıq çempionluğun taleyi sizin əlinizdə deyil. Bundan sonra “Qarabağ”ın xal itirməsini gözləməlisiniz...
- Bundan sonra çempionluq üçün 5-10 faiz şansımız qalıb. İnanmıram ki, “Qarabağ” bundan sonra 2 oyunda xal itirsin. Çox çətin məsələdir. Amma yenə də ümidimizi itirmirik. Ümid sonda ölür.
- “Qarabağ”ın “Neftçi” və “İnter”lə çətin oyunları var...
- Düzdür. Amma bizim də asan oyunlarımız yoxdur. Çalışacağıq ki, qarşıdakı oyunlarda xal itirməyək.
- Zəif rəqilərlə oyunda xal itirməklə çempionluğu “Qarabağ”a demək olar ki, hədiyyə etdiniz. Sən də belə düşünürsən?
- Əlbəttə, özümüzdə də günah oldu.
- Bunun səbəbi nə idi, komanda rahatlaşmışdı?
- Yox, arxayınlıqdan söhbət gedə bilməz. Sadəcə, uşaqlarda bir az həyəcan var idi. Qələbə qazanmaq istəyirsən, irəli atılırsan və bu komandada müəyyən qədər boşluqlar yaradır. Özünüz də gördünüz ki, “Zirə” ilə oyunda dirəklər qola imkan vermədi.
- Demək olarmı bundan sonra bütün diqqətinizi “Qarabağ”la kubokun final oyununa yönəldəcəksiniz?
- Yox, o oyuna hələ çox var. Fikrimiz digər 3 oyunda qələbə qazanmaq və sonra kubok matçına hazırlaşmaqdır. Hər şeyi öz başına buraxa bilmərik. Çempion olmasaq da, mövsümü yaxşı notlarda başa vurmaq istəyirik.
- İkincilik sizi qane edəcək?
- Əvvəldən hədəfimiz çempionluq idi. Bundan sonra heç nə etmək olmaz, qismətdir.
Məftun RƏSULZADƏ
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə