Topaz Premyer Liqanın 25-ci turunun “Qarabağ” – “Qəbələ” oyununu stadionda izləyən peşəkar kikbokçumuz Zabit Səmədov jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın xəbərinə görə, “Qarabağ”a azarkeşlik etdiyini deyən Səmədov matçın maraqlı alındığını qeyd edib.
- Tez-tez futbola baxmağa gedirsən?
- Sözün açığı, ilk dəfədir ki, Azərbaycanda stadiondan futbola baxırdım. Oyunu izlədim, maraqlı alındı.
- “Qarabağ” azarkeşi olduğun deyilir. Kimin dəvəti ilə stadiona gəlmişdin?
- “Qarabağ” rəhbərliyi məni dəvət etmişdi. Bildiyiniz kimi, “Qarabağ”ı dəstəklədim. “Qarabağ” son zamanlar ölkəmizi Avropada yüksək səviyyədə təmsil edir. İnanıram ki, bunun davamı gələcək. Mən də bu komanda ilə qürur duyuram.
- “Qarabağ” və “Qəbələ” komandaları arasında mayın 5-də kubokun finalında baş tutacaq oyunu izləyəcəksənmi?
- Yox, Bakıda o qədər qalmayacam. İnşallah, “Qarabağ”ı dəstəkləmək üçün avrokubok oyunlarında Bakıya qayıdacam.
- Milli komandanın oyunlarını baxırsan?
- Əlbəttə. Azərbaycan bayrağı harda varsa, biz də ordayıq. Bayrağımızla qürur duyuruq.
- Xarici klublardan hansınasa azarkeşlik edirsən?
- Düzü, azarkeş deyiləm. Amma gözəl oyunlara baxıram. Çempionlar Liqasının son finalını stadiondan izləmişəm. İstəyirdim ki, “Atletiko” qalib gəlsin, çox təəssüf ki, uduzdu.
Məftun RƏSULZADƏ
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə