Bu gün AFFA-nın növbəti Konfransı keçirilir. Qol.Az-ın məlumatına görə, saat 11:00-da qurumun inzibati binasında başlanan yığıncağın gündəliyində 9 məsələ salınıb. Gündəlikdəki məsələlərlə yanaşı, konfrans üzvləri tərəfindən irəli sürüləcək təkliflər də müzakirə oluna bilər. Konfransa AFFA prezidenti Rövnəq Abdullayev sədrlik edir.
AFFA-nın Konfransının gündəliyi:
1. Prezident tərəfindən salamlama
2. Yığıncağın tərkibinin yoxlanılması
3. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
4. Maliyyə hesabatının təsdiq olunması
5. Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
6. Növbəti ilin büdcəsinin təsdiq olunması
7. Hər hansı vakant vəzifəyə seçkilər
8. AFFA üzvlərinin təkliflərinin qəbul olunması
9. Digər məsələlər
Tədbirdə çəxış edən AFFA prezidenti Rövnəq Abdullayev son vaxtlar ölkə futbolundakı inkişafdan danışıb. O, əsas milli komandamızın rəsmi və yoldaşlıq görüşlərində uğurlu çıxışından, futzal yığmamızın Avropa çempionatının yarımfinala yüksəlməsini, U-21-in Şotlandiya ilə səfərdə heç-heçəsindən danışıb: “Əvvəllər adətən kədərlənirdik. Artıq sevinməyə başlamışıq”.
Daha sonra Mandat Komissiyasının sədri Gülağa Cabbarov bildirib ki, Konfransda AFFA-nın 35 üzvündən 30-u iştirak edir. Buna görə də Konfransda yetərsay qeydə alınıb. Ardından Say Komissiyasının üzvlüyünə Yaşar Şamilov, Mahmud Sadıqov və Mahir Məmmədov seçilib.
Konfrans iştirakçıları UEFA-nın baş katibi Cianni İnfantinonun video müraciətini izləyiblər. Bundan başqa, futbolun kütləviliyi, futbol təhsili və infrastruktura aid videoçarx nümayiş etdirilib.
AFFA-nın baş mühasibi Yusif Əmirov hesabat verib. O vurğulayıb ki, ötən il milli komandanın oyunlarında rekord sayda azarkeş olub. Bunun nəticəsində assosiasiyanın büdcəsinə yarım milyon manat daxil olub.
Ardından söz müstəqil auditor təşkilatının nümayəndəsi Xanbaba Quliyevə verilib. AFFA-da 118 nəfər çalışdığını deyən Quliyev maliyyə hesabatını qənaətbəxş sayıb.
AFFA İcraiyyə Komitəsinin üzvü, təhsil nazirinin müavini Elmar Qasımov nitq söyləyib. O, nazirlik və assosiasiya arasında əlaqələrdən danışıb. Bildirilib ki, ən vacib yenilik orta məktəblərdə bədən tərbiyəsi fənni əvəzinə futbol dərslərinin keçirilməsidir: “Bu məqsədlə pilot olaraq, 3 məktəbdə - 239, 240 və 201 saylı məktəblərdə ümumilikdə 47 sinifdə 1065 şagird arasında bədən tərbiyəsi dərsləri keçirilir və nəticələr uğurludur”.
Ardından Konfrans iştirakçıları 2009-cu ildə AFFA-nın fəaliyyətini qiymətləndiriblər və fəaliyyət qənaətbəxş sayılıb. Sonra yeni loqotip təqdim olunub. Lootip Azərbaycan bayrağının rəngləri, alov və top simvollarını özündə birləşdirib. AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, yeni loqotiplə bağlı müzakirələr başlayandan bəri yığmamız qələbələri sıralayır. Bununla da, Konfrans başa çatıb.
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya
"Neftçi"dən 6 qollu qələbə - Video
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı