Milli komandamızın sabiq qapıçısı Hüseyn Məhəmmədov dünən keçirilən Lüksemburq - Azərbaycan oyununda qapıçılarımız Kamran Ağayev və Fərhad Vəliyevin oyunları ilə bağlı fikirlərini bildirib.
“MİLLİDƏ RƏQABƏT ÇOX OLSAYDI, KAMRAN BELƏ HƏRƏKƏT ETMƏZDİ”
Qol.Az saytına açıqlamasında Məhəmmədov əvvəlcə Kamran Ağayevin dünənki matçın 21-ci dəqiqəsində zədələndiyi epizodu şərh edib: “Ümumiyyətlə, təcrübəsindən asılı olmayaraq, istənilən qapıçı üçün zədə qaçılmaz deyil. Amma istənilən halda dünən Kamranın etdiyi hərəkət artıq və gərəksiz idi. Həmin gərəksiz hərəkətin də nə ilə nəticələndiyinin şahidi olduq. Ağayev zədələndi və nə zaman meydanlara dönəcəyi bəlli deyil. Kamran həmin epizodda başqa cür hərəkət etməli idi. Futbolda qapıçı üçün elə vəziyyətlər olur ki, orda lazımsız hərəkət etmək olmaz. Kamran həmin epizodda topa getməməliydi. Sadəcə olaraq, deyəsən, Kamran fantaziya yaratmaq istəyirdi ki, buna da ehtiyac yox idi. İndi də azarkeşlər danışır ki, Kamran həmin vaxt lori dildə desək “ədəbazlıq” etdi. Nə deyim, Allah şəfasını versin. Ümid edirik, ən qısa zamanda meydana dönər».
“ƏGƏR QAPIÇININ ƏLİNƏ DƏYİB QAPIYA GEDİRSƏ, DEMƏLİ, O TOPU QAYTARMAQ OLARDI”
Daha sonra H.Məhəmmədov Kamranın zədələndiyi epizoddan sonra meydana daxil olan Fərhad Vəliyev haqda danışıb: “Qapıçılar üçün cərimə zərbəsindən vurulan topu tutmaq həmişə çətin olub. Çünki həmin məqamda topu yaxşı görə bilmək imkanın olmur. Əgər cərimə zərbəsindən qol qapıçının durduğu nöqtədən vurulursa bu, səhv sayılır. Konkret olaraq dünənki epizoda gəldikdə isə, Fərhad həmin topu çıxarda da bilərdi, çıxarmaya da. Hər halda bunu kobud səhv adlandırmaq olmaz. Düzdür, Fərhadın topa əli dəydi. Hamı bir anlıq elə başa düşdü ki, Vəliyev topu xilas etdi. Amma top qapıya getdi. Bilirsiniz, bu epizodda qapıçının ustalıq səviyyəsi də yüksək olmalıdır. Əgər qapıçının əlinə dəyib qapıya gedirsə, deməli, o topu qaytarmaq olardı».
“İSTƏRDİM Kİ, PFL KLUBLARIMIZDA YALNIZ YERLİ QAPIÇILARIN DURMASI HAQDA QƏRAR ÇIXARTSIN”
“Hazırda milli çempionatımızda çıxış edən əksər klubların qapıçıları legionerlərdir. Bu da Azərbaycan futbolunda qapıçıların rəqabətinin qarşısını alan bir amildir. İstərdim ki, PFL klublarımızda yalnız yerli qapıçıların durması haqda qərar çıxarsın. Bu gün bizim iki normal qapıçımız var. Hər toplanışa da yalnız həmin qapıçılar dəvət olunur. Bəlkə də millidə güclü rəqabət olsaydı, Kamran Ağayev dünənki hərəkəti etməzdi. Yaxud Fərhad Vəliyev topa o cür getməzdi. Rəqabət az olduğundan onlar milli komandada özlərini rahat sayırlar. Amma burda Foqtsu da günahlandırmıram. Foqts milliyə kimi dəvət etsin? Məşqçi milliyə Taras Çopiki çağırası deyil ki…»
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya
"Neftçi"dən 6 qollu qələbə - Video
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı