Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov DÇ-2018-in Almaniyaya qarşı oyunundan (1:4) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Rəşad, oyuna görə üzüldüyün, sevindiyin məqamlar hansılardır?
- Sevindirici hal budur ki, uşaqlar bu gün rəqibdən çəkinmədilər. Düzdü, ilk 10 dəqiqədən həyəcan var idi, amma sonradan çalışırdıq futbol oynayaq, hücumlar quraq. Ümumilikdə, oyun pis keçmədi. Bəlkə də hücum baxımından yaxşı oyunlarımızdan birini oynadıq. O ki qaldı buraxdığımız qolllara və nəticəyə, sırf rəqibin ustalığı öz sözünü dedi. Rəqib səhvlərimizdən çox yaxşı istifadə elədi. Bunu bilirdik, amma qarşısını ala bilmədik.
- Buraxdığınız ikinci qoldan hansı hisləri keçirdin?
- Təəssüf hissi. Çünki ilk hissə heç-heçə ilə bitsəydi, rəqibin düşərgəsində bir qədər gərginlik hiss olunacaqdı. Bizim qolumuzdan sonra əsəbləşdilər, biri digərinin üstünə qışqırırdı. Bu, bizim üçün sevindirici hal idi. İlk hissədə 1 qol fərqi ilə də geridə olsaydıq, ikinci hissədə nəyəsə ümid edə bilərdik. Amma üçüncü qol bütün şanslarımızın üzərindən xətt çəkdi.
- Bu gün ənənəvi künc zərbəsindən sonra yenə qapıya zərbə vurdun. Amma həmin epizodda topun rəqib müdafiəçinin əlinə dəydiyi düşünüldü...
- Yox, top rəqibin sinəsinə dəymişdi.
- Oyundan öncə 4 qol buraxacağınızı gözləyirdin?
- Almaniya elə bir rəqibdir ki, bu oyunda hər şey gözləmək olar. Almaniya Braziliyanın qapısında 7 qol vuran komandadır. Hər şey ola bilər, hesab kiçik də, böyük də ola bilərdi. Almaniya yeganə komandalardan biridir ki, kollektiv futbol oynayır. Bu tip komandalara qarşı oynamaq olduqa çətindir və belə oyunlara proqnoz vermək asan məsələ deyil.
- Renat Dadaşovun meydanda olacağını gözləsək də, adı oyunun iştirak ərizəsinə daxil edilməmişdi. Kapitan kimi bu məsələyə münasibətin necədir?
- Renat gənc futbolçudur. Məşqçimiz hansı futbolçunun meydana çıxacağını daha yaxşı bilir. Yəni, bu qərarı məşqçi verib.
- Azarkeş dəstəyi ilə bağlı nə düşünürsən?
- Azarkeşlərimiz qələbəyə layiq idilər. Çöx üzücüdür ki, onları sevindirə bilmədik. Düşünürəm ki, azarkeşlər meydanda əlimizdən gələni etdiyimizi görürdülər. Sadəcə, rəqibin ustalığı bundan artığına imkan vermirdi.
- Komandamızın qrupdan çıxma şanslarını necə dəyərləndirirsən?
- Əgər belə davam etsək, bir qədər oyunumuzu yüksəltsək və səhvlərimizi azaltsaq, nəyəsə ümid bəsləyə bilərik. Hamıya bəllidir ki, bizim üçün əsas Şimali İrlandiya ilə oyundur. Həmin oyun bizim üçün finala bərabər olacaq. Uşaqlar, məşqçimiz qrupdan çıxacağımıza inanırıq. Daha ürəklə oynamalıyıq ki, nəyəsə ümid bəsləyə bilək.
- Prosineçki futbolçulara matçdan sonra nə dedi?
- Prosineçki ilk hissənin sonunda çox əsəbi idi və uşaq səhvləri etdiyimizi dedi. Amma oyundan sonra dedi ki, yaxşı oynadız.
- Yəqin ki, ən çox danışılan Əfranın zəif oyunu idi...
- Əfran əla ötürmə verdi və üstündən iki dəqiqə sonra səhv etdi. Biz də o səhvin qarşısını ala bilərdik, amma sığortalaya bilmədik. Tək Əfranın səhvi oldu, deyə bilmərik.
Məftun RƏSULZADƏ
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk