«Qəbələ» klubunun baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- «Altılığın» oyunları ərəfəsində komandanızda ümumi əhval-ruhiyyə necədir?
- Hər şey qaydasındadır. Gündə iki dəfə olmaqla Qəbələ şəhərində məşqlərimizi davam etdiririk. Yaxın günlərdə bir neçə yoxlama görüşü keçirmək fikrimiz var. İlk oyunun tarixi artıq bəllidir. Martın 4-də Yevlax təmsilçisi “Karvan”la yoxlama oyununda qarşılaşacağıq.
- Premyer Liqanın XXIII turun final mərhələsi çərçivəsində ilk matçınızı səfərdə “Xəzər Lənkəran”a qarşı keçirəcəksiniz...
- Bu mövsüm Lənkəran təmsilçisi ilə iki dəfə qarşılaşmışıq. Hər iki matçda uşaqların oyunundan razı qalmışdım. Mingəçevirdə keçirdiyimiz görüşü xüsusi qeyd etmək istəyirəm. Lənkərandakı oyunumuz da yaxşı alınmışdı. Təəssüf ki, həmin görüşdə məğlub olduq. Allahın köməkliyi ilə bu dəfə məğlubiyyətin əvəzini çıxacağıq.
- Komandanız artıq kubok oyunlarında mübarizədən kənarlaşıb. Belə demək olarmı ki, “Qəbələ” digər rəqiblərindən fərqli olaraq çempionata daha rahat hazırlaşacaq?
- Fikrimcə, hazırda oyun praktikası bütün dünya futbolunda gərəkli bir amildir. Hər zaman Azərbaycan futbolunda oyunların sayının azlığından şikayət etmişəm. Deyək ki, heyətimizdə 22-23 oyunçu var. Oyunların sayı az olanda bütün futbolçulara özlərini göstərmək üçün şans verə bilmirik. Çox istərdim ki, “Qəbələ” kubok oyunlarında iştirak etsin. Oyun sayı nə qədər çox olsa, bir o qədər də futbolçuların praktikası artacaq.
-Çempionatın “altılıq” sistemində keçirilməsi haqqında bir çox fərqli fikir səslənir. Siz bu sistemdən məmnunsunuz?
- Şəxsən bu sistem meni qane edir. Bununla bərabər mənim bir arzum var. İstərdim ki, Azərbaycan kuboku ilə bərabər başqa hər hansı bir kubok uğrunda yarışlar da kçirilsin. Necə ki, İngiltərə, İspaniya, Türkiyə ölkə kubokları ilə bərabər digər kubok yarışlarında oynayırlar. Bu halda kubok oyunlarının sayı çox olacaq və sıx qrafikdə işləyəcəyik. İndiki halda neçə həftələrlə təlim-məşq toplanışına yığışırıq. Ardınca bir oyun keçiririk. Sonra yenidən 10-12 gün istirahət edirik. Çox gözəl olardı ki, ardıcıl şəkildə heç olmasa 4-5 gündən bir oyunlar keçirilsin. Nə qədər təlim-məşq toplanışları keçirmək olar? Uşaqlar artıq futbol oynamaq istəyir. Hansısa bir matçda iştirak etmək oyun praktikası baxımından təlim-məşqdən qat-qat faydalıdır.
- Milli komandamızın baş məşqçisi Berti Foqts da bu səbəbdən tənqid olunur. Çempionatın bu qızğın vaxtında milli komandanın uzunmüddətli təlim-məşq toplanışına yığılmasını bəzi mütəxəssislər narazılıqla qarşılayır...
- Bu məsələyə mən iki prizmadan yanaşmaq istəyirəm. Bir tərəfdən, siz dediyiniz kimi, klubların çempionata qızğın hazırlaşdığı vaxtda bu toplanışların olması klub məşqçilərinə əziyyət verir. Mən bunu qəbul etmirəm. Düzdür, “Qəbələ”nin heç bir futbolçusu milli komandanın üzvü deyil. Bununla belə, fikrimcə, toplanışlar zamanı hardasa oyunçular biri-birilərindən ayrı düşürlər. Digər tərəfdən, biz klub məşqçiləri hamımız Berti Foqtsun ətrafında birləşməliyik. Çox istəyirik ki, milli komandamız uğurlar qazansın.
- “Altılıq” oyunlarında “Qəbələ”nin qarşısına qoyduğu məqsəd nədən ibarət olacaq?
- Mövsümün əvvəlindən qarşımıza “altılığ”a düşmək vəzifəsi qoymuşduq. Şükürlər olsun ki, bu məqsədimizə çata bildik. İndi isə baxıb görürük ki, “altılıq”da olan digər klublardan heç də zəif təsir bağışlamırıq. Fikrimcə, avrokuboklara vəsiqə qazanmaq üçün xeyli şansımız var. Düzdür, xal ehtiyatı baxımından bir qədər geridəyik. Amma yenə də qeyd etmək istəyirəm ki, biz avroliqaya vəsiqə qazanmağa çox yaxınıq və bu məqsəd uğrunda mübarizəmizi davam etdirəcəyik.
- Milli komandamızın İordaniyaya qarşı keçirdiyi matçı izləmisiniz. Komandamız necə təsir bağışladı?
- Millimiz həmin oyunda yaxşı oynadı. Əfran İsmayılovun və Fərid Quliyevin oyunlarını xüsusi qeyd etmək istəyirəm. Hər iki futbolçu oyunlarıyla nümayiş etdirdi ki, milli komandaya layiqdirlər. Məşqçilərin onlara göstərdikləri etimadı doğrultdular. Millimizin İordaniyadan birbaş üstün olması açıq-aydın hiss edilirdi.
- Milli komandamızın baş məşqçisi Berti Foqts mətbuata açıqlamasında Azərbaycan çempionatının oyunlarını izləyəndə ürəyinin ağrıdığını deyib...
- Siz Berti Foqtsun özündən soruşun. Bəlkə elə onun ürəyi həqiqətən xəstədir? Bəlkə onun ürəyinin ağrımasına heç Azərbaycan futbolu səbəb deyil. Foqtun ürəyini yoxlatdırmaq lazımdır. Azərbaycan futbolunda ürəkağrıdıcı bir şey yoxdur. Əksinə hər şey ürəkaçandır. Siz çempionatımızda “Muğan”, “Turan” və “Karvan”ın oyunlarını izləyin. Həqiqətən bu çempionatda liderlə autsayder arasında elə də böyük fərq hiss olunmurdu.
- Ola bilərmi ki, Berti Foqts bu sözləri stadionlarımızın pis vəziyyətdə olmasına işarə edərək söyləyib?
- Bəli, stadionlarımızın vəziyyəti hardasa ürəkağrıdıcı ola bilər. Amma artıq bir çox yerdə stadionların tikilməsinə başlanıb. Dövlət səviyyəsində bu işə böyük maraq var. Yəqin ki, qısa müddətdə stadionlar tam hazır vəziyyətə gətiriləcək.
- Komandanızın heç bir oyunçusu millinin üzvü deyil. Ramiz Məmmədovun Berti Foqtsa məsləhət görmək istədiyi oyunçusu varmı?
- Mən dəfələrlə bildirmişəm ki, bizim milli komandada oynamağa layiq futbolçularımız var. Buna sübut olaraq komandamızın müdafiəçisi Vurğun Hüseynov və yarımmüdafiəçi Pərvin Paşayevin adlarını çəkə bilərəm. Vurğun millidə oynayan uşaqlardan səviyyəcə aşağı deyil. Milli komandada oynamağa hazırdır. Berti Foqtsdan istədiyim odur ki, Fərid Quliyev, Əfran İsmayılov və Rauf Əliyevə verdiyi şansı Vurğunla Pərvinə də versin. Pərvin də artıq püxtələşmiş oyunçudur. Düzdür, hazırda xırda zədəsi var. Özünü yaxşı tərəfdən göstərə bilmir. Bununla belə, inanıram ki, adlarını qeyd etdiyim hər iki futbolçu millidə özlərini təsdiq edə biləcəklər.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı