«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov martın 7-də “Xəzər Lənkəran”a qarşı keçiriləcək Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununa yalnız qələbə üçün çıxacaqlarını deyib. «Kubok matçları iki qarşılaşmadan ibarət olduğundan daha çox nəticəyə oynamağı üstün tuturuq. “Xəzər Lənkəran” Azərbaycanın ən güclü klublarından biridir. Doğrudan da Ağasəlim Mircavadov çox yaxşı kollektiv yığıb. Biz də çalışacağıq ki, bu oyuna da qələbə əhval- ruhiyyəsi ilə çıxaq» - deyə Q.Qurbanov Qol.Az-ın müxbiri ilə söhbətində bildirib.
Qurban Qurbanovun sözlərinə görə, «Qarabağ»ın oyunçularının çoxu millinin heyətində olması onlara problem yaradır: «Hazırda əsas oyunçularımız heyətdə yoxdur. Amma qarşılaşmaya normal qaydada hazırlaşırıq. Artıq Georgi Adamiya məşqlərə qatılıb, baxmayaraq ki, hələ istədiyimiz formada deyil. Tək istəyim budur ki, millidəki futbolçularımız düşərgəyə zədəsiz qayıtsın»
Q.Qurbanovun fikrincə, Quzanlı stadionunun ot örtüyünün istənilən səviyyədə olmaması həm «Qarabağ», həm də “Xəzər Lənkəran”ın futbolçularının yaradıcı oyun nümayiş etdirməsinə mane olacaq: «Oyuna kimi meydançanı maksimum hazır vəziyyətə gətirməyə çalışırlar, bu dəqiqə orada iş gedir. Hava şəraiti də meydançanın düzəlməsini gecikdirir».
İsveçdə son oyun
Azərbaycanlı futbolçu dünyasını dəyişib
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər
"Mançester Siti" 18 yaşlı oyunçunu transfer etdi
"İmişli"dən yeni transfer
Elmar Baxşıyev "Trabzonspor" üzərində qələbəni şərh etdi
"Neftçi" Polşadakı ilk oyununda heç-heçə etdi
"Çelye" - "Sabah": Heyətlər
"Karvan" yeni transferini reallaşdırdı
"Araz-Naxçıvan" "Trabzonspor"a qalib gəldi
"Qarabağ" yeni transferini rəsmən açıqladı - Şəkillər
"Mançester Yunayted" onun üçün 70 milyon təklif etdi
"Napoli" yeni transferini açıqladı
Peres və Alonso arasında fikir ayrılığı yarandı
"Liverpul"la razılaşdı
Yamal: "Xəyalımı gerçəkləşdirirəm"
"Arsenal" qadın futbolunun ən bahalı transferini açıqladı
"Real"dan Alaba qərarı