Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- Əvvəlcə ondan başlayaq ki, iki gün əvvəl jurnalistləri qeyri-diktofon söhbətinə yığmışdınız. Bu görüşün məqsədi nə idi?
- Biz həmişə jurnalistlərin fikrinə hörmətlə yanaşmışıq. Onların rəyləri həmişə bizə maraqlı olub. Bu səbəbdən, çempionatın gedişatı ilə bağlı onların düşüncələrini bilmək üçün bir araya gəldik.
- Həmin görüşdə belə bir açıqlama verdiniz ki, növbəti mövsümdə çempionatın formatı dəyişə bilər. Premyer Liqanın bu cür gedişatı sizi qane etmir ki?
- Şəxsən məni qane edir, çempionat maraqlı keçir. Mən həmişə demişəm ki, gəlin, tələsməyək, çempionatın sonunu gözləyək. Əgər böyük çoxluq bu formatdan narazı qalsa, onda dəyişərik, əksinə olsa, bu halda yarışları indiki qaydada da keçirmək olar.
- Bir müddət əvvəl kubok oyunlarına sponsorun tapılması ilə bağlı danışıqlar aparıldığını söyləmişdiniz. Həmin danışıqlar nə yerdə qalıb?
- Alınmadı. Ötən dəfə söylədiyim kimi, bir şirkətlə anlaşmışdıq, lakin həmin qurum Premyer Liqanın sponsoru olan banka qarşı haqsız tənqidləri görüb fikrindən daşındı.
- Yəni artıq tam demək olarmı ki, kubok oyunlarının sponsoru olmayacaq?
- Bəli.
- Bu günlərdə Berti Foqts Azərbaycan çempionatının oyunlarına baxarkən ürəyi ağrıdını demişdi. Sizcə, millinin başa məşqçisi çempionatdan niyə bu qədər narazıdır?
- Məndə olan məlumata görə və mən o insanı yaxından tanıdığım üçün deyə bilərəm ki, o, bu fikri zarafatyana səsləndirib. Berti Foqts peşəkar futbolçu olub, peşəkar məşqçidir. O, heç vaxt haqsız danışmaz. Bu, onun ürəkdən dediyi sözlər deyil.
- Siz də «Berti Foqtsa Maştağa xəstəxanasında yaxşı həkim tapmışam» deməklə zarafat etmisiniz?
- Hə, bu zarafatdır. Berti Foqts çox zarafatcıl adamdır.
- Bəlkə dediyiniz bu zarafatları ciddiyə alan da olub? Bunu fikirləşmədiniz?
- Jurnalistlər də bilir ki, biz zarafat etmişik. İstədilər ki, yazıları maraqlı olsun.
- Ümumiyyətlə, Foqtsla şəxsi münasibətləriniz hansı səviyyədədir?
- Vallah, çox normaldır. Həmişə görüşüb səmimi söhbət edirik. Şəxsən mən o adamdan razıyam. Ən vacibi odur ki, milli komandada intizam yaradıb, futbolçular ona hörmət edir. Bir insan kimi də qayğıkeşdir. Futbolçunun zədəsi və ya hansısa şəxsi problemi olanda dərhal maraqlanır. Mən gördüyümü deyirəm. Berti Foqtsla aramızda heç vaxt intriqa olmayıb və ola da bilməz. Mən ona yaltaqlanmıram ki… Olanı deyirəm. Milliyyətindən asılı olmayaraq, hər bir yaşlı insana hörmətlə yanaşmışam. Berti Foqtsa isə həm yaşına, həm də işinə görə hörmət edirəm. Çünki milli komandada ürəklə işləyir. Ən vacibi odur ki, nəsə etmək istəyir.
- Amma bir çox klub Foqtsdan narazıdır. Bildirirlər ki, millinin təlim-məşq toplanışlarının vaxtı uzun sürür, bu səbəbdən çempionatda lüzumsuz yerə fasilə yaranır.
- Foqts futbolçuları təkrar-təkrar yoxlamaq istəyir. Bizim futbolçular hələ tam yetişməyiblər ki, 3-4 günə də nəsə edə bilsinlər. Hələ ki, bir-birilərini çox çətin başa düşürlər. O Avropadadır ki, futbolçuların 90 faizi bərabər səviyyəli komandalarda oynayır. Millimizin üzvləri bir yerdə çox olanda çatışmazlıqlar da aradan qalxır. Foqts milliyə layiq olan hər bir futbolçunu komandaya çağırır. Bir sözlə, belə təlim-məşq toplanışlarının milliyə ziyanı yoxdursa, niyə də olmasın? Yerli klubları da başa düşürəm. Amma unutmayaq ki, çempionat həm də millinin inkişafı, güclənməsi üçün keçirilir.
- Deməli, siz Berti Foqtsun bu addımını dəstəkləyirsiniz?
- Bəli.
- Foqtsla yanaşı ölkəmizdə çalışan daha bir ünlü futbol adamı - Bülənt Qorxmaz da Premyer Liqanın səviyyəsindən razılıq etmir, oyunlara marağın az olmasından şikayətlənir.
- Bülənt Qorxmaz futbolçu olanda 30-40 min adamın qarşısında oynayıb. Onun dediyində həqiqət də var. Məşqçilər, futbolçular istəyir ki, oyunlara çox adam gəlsin. Stadionda nə qədər çox azarkeş olsa, futbolçular daha yaxşı oynayarlar. Amma axı, PFL-in, AFFA-nın azarkeşi yoxdur ki, oyunlara göndərsin. Biz ki, azarkeş yetişdirmirik. Hər futbolçunun, hər məşqçinin özünün ən azı 100-200 azarkeşi olmalıdır. Təkcə bir futbolçuya görə stadiona bu qədər adam gəlsə, görün tribunalara nə qədər adam toplaşar. Götürün, Ağasəlim Mircavadovu. Təkcə onun və komandasının oyununda nə qədər ajiotaj olur.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu