Əmrah Çəlikəl: «Qarabağ»dan getmək istəyən futbolçunun qarşısını kəsməyəcəyik»

Əmrah Çəlikəl: «Qarabağ»dan getmək istəyən futbolçunun qarşısını kəsməyəcəyik»
ÖLKƏ FUTBOLU 1 Mart 2010 / 12:34 2675
-  A +

«Qarabağ» klubu bu mövsümün sonunda müqaviləsi bitəcək müdafiəçi Elnur Allahverdiyin komandada qalması üçün onunla danışıqlar aparacaq. Bu haqda Qol.Az-ın müxbiri ilə söhbətində «Qarabağ»ın icraçı direktoru Əmrah Çəlikəl futbolçunun çempionat bitəndən sonra Ukraynanın «Arsenal» klubuna keçəcəyilə bağlı fikirlərinə münasibət bildirərkən söyləyib. E.Allahverdiyin «Qarabağ»ın uğurlarında böyük əməyi olduğunu deyən Əmrah Çəlikəl bununla belə, komandadan getmək istəyənlərin qarşısını kəsməyəcəklərini də vurğulayıb.
Əmrah Çəlikəl «Qarabağ»dan xarici kluba getmək arzusunu ifadə edən komandanın digər müdafiəçisi Maksim Medvedvedyevlə bağlı da fikrini bildirib: «Maksimin «Qarabağ»la müqaviləsinin bitməsinə hələ iki il var. Amma əgər xarici klublardan real təklif olarsa, o zaman «Qarabağ»ın rəhbərliyi Maksimin transferinə əlindən gələn bütün köməyi edəcək. Necə ki, biz belə bir addımı Vaqif Cavadovun «Tvente»yə transferi zamanı da atdıq. Ümumiyyətlə, Azərbaycana və onun milli komandasına istedadlı gənc futbolçular bəxş etmək «Qarabağ» klubunun əsas hədəflərindən olub. Bu mənada, «Qarabağ»ın futbolçularının səviyyəli əcnəbi klublarda çıxış etməsi bizi yalnız sevindirə bilər».

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu