Elnur Əşrəfoğlu: «Neftçi»nin baş məşqçiliyinə namizəd göstərilən mütəxəssislərlə heç bir danışıq aparılmayıb»

Elnur Əşrəfoğlu: «Neftçi»nin baş məşqçiliyinə namizəd göstərilən mütəxəssislərlə heç bir danışıq aparılmayıb»
ÖLKƏ FUTBOLU 1 Mart 2010 / 11:54 4985
-  A +

«Neftçi» klubu yeni baş məşqçi ilə bağlı hələlik qərar verməyə tələsmir. Bu vəzifə ən azı cari mövsümün sonuna qədər Arif Əsədova tapşırılıb». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Neftçi»nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu komandanın baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı mətbuatda yayılan məlumatları şərh edərkən deyib. «Kütləvi informasiya vasitələrində adları hallanan məşqçilərin heç biri ilə rəsmi danışıq aparılmayıb. Hazırda komandamız Arif Əsədovun rəhbərliyi altında «altılığ»ın oyunlarına hazırlığı davam etdirir. «Neftçi»nin baş məşqçisi ilə bağlı məsələ şəxsən klub prezidenti Sadıq Sadıqovun nəzarətindədir. Bu mövsüm komandanı bütün oyunlara Arif Əsədov çıxaracaq. Yalnız bundan sonra «Neftçi»yə yeni baş məşqçinin  gətirilib-gətirilməməsi ilə bağlı yekun qərar veriləcək» - deyə E.Əşrəfoğlu bildirib.

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu