Foqts üç futbolçunu U-21-ə göndərir

Foqts üç futbolçunu U-21-ə göndərir
ÖLKƏ FUTBOLU 28 Fevral 2010 / 17:12 3321
-  A +

Milli komandanın heyətində İordaniyada keçən toplanışda iştirak edən Rahid Əmirquliyevi, Amit Quluzadəni və Səlahət Ağayevi baş məşqçi Berti Foqts  U-21-in heyətinə göndərəcək. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, onlar sabah gənclərdən ibarət milli komandanın düşərgəsində olacaq.
Qeyd edək ki, U-21 komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 2-də Bakı vaxtı ilə saat 23:30-da Şotlandiyada yerli həmyaşıdları ilə qarşılaşacaq.

 

Daha çox


Son xəbərlər