Əfran İsmayılov: "İordaniyaya qol vurmağıma baxmayaraq, o qədər də sevinmədim"

Əfran İsmayılov: "İordaniyaya qol vurmağıma baxmayaraq, o qədər də sevinmədim"
ÖLKƏ FUTBOLU 28 Fevral 2010 / 00:55 2890
-  A +

Milli komandamızın heyətində İordaniyaya qarşı yoxlama görüşündə ilk dəfə meydana çıxan “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov matçla bağlı AFFA-nın saytına fikirlərini bildirib: “Ürəyim daim milli komanda ilə birlikdə döyündüyündən millidə oynamağa mənəvi cəhətdən hazır idim. Elə bu səbəbdən də milli ilə klubun məşqləri arasında müəyyən fərqlərin olmasına baxmayaq, ilk andan buna öyrəşdim. Millinin heyətində keçirdiyim birinci oyunda qol vurmağıma baxmayaraq, o qədər də sevinmədim. Çünki hesab edirəm ki, rəsmi oyunlarda vurduğum qoldan daha çox sevinməyə mənəvi haqqım olar. Milli komandada yaradılan bütün şəraitdən razılığımı bildirməklə qeyd etmək istərdim ki, bütün bunlar millimizin qələbələrinə zəmin yaradır”.

Daha çox


Son xəbərlər