Tuyqun Nadirov: "PFL-lə böyük ölçüdə razılığa gəlmişik"

Tuyqun Nadirov: "PFL-lə böyük ölçüdə razılığa gəlmişik"
ÖLKƏ FUTBOLU 26 Fevral 2010 / 18:35 2957
-  A +

“AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin bugünkü qərarından xəbərimiz var. Bu qərardan sonra PFL də bizə məktub ünvanlayıb”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib. Klub rəsmisi bildirib ki, PFL-lə artıq razılığa gəliblər: “PFL-lə artıq razılığa gəldiyimizi demək olar. Çünki onların bizə bu gün ünvanladıqları məktubda qeyd olunur ki, biz stadionun reklam lövhələri olan ərazinin 25 deyil, yalnız 2 faizində Unibankın bannerlərini yerləşdirməliyik. Hesab edirəm ki. bu elə də problem deyil. 2 faizə yer tapmaq olar. Böyük ölçüdə razılığa gəldiyimizi söyləmək mümkündür. Yəqin ki, növbəti turdan etibarən reklam lövhələrini stadionumuzda yerləşdirəcəyik. Bundan sonra AFFA İntizam Komitəsinin haqqımızda çıxardığı 2 min manatlıq cərimə də ləğv olunacaq”. Qeyd edək ki, İntizam Komitəsi “Xəzər-Lənkəran”ı ev oyunlarında “Unibank”ın reklam banneri yerləşdirmədiyinə görə xəbərdarlıq edəndən sonra 2000 manat cərimələyib.

Daha çox


Son xəbərlər