Milli komandamızın hücumçusu Fərid Quliyev Qol.Az saytına müsahibə verib.
- Fərid, axır ki, millinin heyətində debüt etdin. Milli komandanın formasını geymək necə bir hissdir?
- Bu, çox gözəl bir hissdir. Milli komandanın heyətinə cəlb olunduğum və artıq ilk matçda forma geydiyim üçün çox şadam. Mənə güvənib, şans verdiklərinə görə millinin məşqçilər korpusuna da təşəkkür edirəm. İnanıram ki, onların ümidlərini doğrultmağı bacaracağam.
- Yəqin ki, debüt matçını qələbəylə qeyd etmək də ürəyincə oldu?
- Əlbəttə. Millidəki debüt matçımı qələbəylə qeyd etdiyim üçün çox sevinirəm. İnanıram ki, bu qələbənin ardı gələcək.
- İlk dəfə millinin formasını geyirdin. Həyəcan var idi?
- Yox, heç bir həyəcan yox idi. Sadəcə olaraq, ikinci hissədə aramsız yağan yağış bir qədər oyunumuza təsir göstərirdi.
- Debütünü nə dərəcə uğurlu hesab edirsən?
-Bunu mən yox, məşqçilər desə yaxşı olar. Amma hesab edirəm ki, ilk matç üçün pis deyildi. Gələcəkdə daha yaxşı oynamaq, milliyə xeyir vermək istəyirəm. Bunun üçün bütün gücümlə məşqlərdə də çalışıram.
- Komanda yoldaşlarınla anlaşma baxımından heç bir problem olmadı ki?
- Yox, millidə debütant olsam da, uşaqların bəziləri ilə klubda, bəziləri ilə də gənclər millisində biryerdə çıxış etmişəm. Buna görə anlaşma baxımından heç bir problem yox idi.
- Millimizin oyunundan nə dərəcədə razı qaldın?
- Komandamız çox yaxşı oyun sərgilədi. Biz qısa və sürətli ötürmələrin hesabına rəqib qapısı qarşısında təhlükə yarada bilirdik.
- Rəqibin oyunu haqda nə deyə bilərsən?
- Rəqib çox sürətli və aqresiv oynayırdı. Amma biz buna əvvəldən də hazır idik. İordaniya millisinin məhz bu cür oynayacağı barədə baş məşqçimiz bizə məlumat vermişdi. Rəqibin bu oyun sistemini pozmağın da yollarını göstərmişdi. Bir sözlə, Foqts bizə İordaniyanı məğlub etməyin yolunu izah etmişdi. Sevinirəm ki, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirə bildik və qələbə qazandıq.
- Fərid Quliyevi artıq millinin daimi üzvü hesab etmək olar?
- Bu haqda məncə danışmaq hələ tezdir. Axı millidə cəmi 1 matçda forma geymişəm. Bununla belə, mən gələcəkdə də millidə çıxış etmək, komandaya xeyir vermək üçün bütün gücümü sərf edəcəyəm.
- Qarşıda Lüksemburqla yoxlama oyunu gəlir. Səncə, bu matçda da qələbə seriyasını davam etdirə biləcəyik?
- Lüksemburqu da məğlub edəcəyimizə inanıram. Məşqlərimiz yüksək səviyyədə keçir. Yaxşı şəraitdə hazırlıq keçirik. Meydana çıxanda isə həmin məşqlərin əbəs olmadığını, bizə yaradılan imkanın qarşılığını verməliyik. İnanıram ki. Lüksemburqla matçda da komandamız yaxşı oynayaraq, qələbə qazanacaq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı