Bu gün milli komandamız 2010-cu ildə ilk oyununa çıxdı. Millimiz səfərdə İordaniya millisi ilə yoxlama oyununda qüvvəsini sınadı. Qol.Az saat 20:00-dan etibarən İordaniya - Azərbaycan matçından canlı-mətn reportaj yayımladı.
İordaniya - Azərbaycan 0:2
Əmman şəhəri. “Kinq Abdullah” stadionu
Azərbaycan: Kamran Ağayev, Rəşad Sadıqov (k), Vladimir Levin, Maksim Medvedyev, Elnur Allahverdiyev, Rəşad Sadiqov, Samir Abasov, Əfran İsmayılov, Vüqar Nadirov, Fabio Luis Ramim, Fərid Quliyev
Hazırda hər iki komandanın dövlət himnləri səslənir.
Start fitindən öncə 26 fevral - Xocalı faciəsinə görə 1 dəqiqəlik sükut elan olunur.
Oyun başladı.
1. QOLLLLL. Millimiz 47-ci saniyədə hesabı açdı. Fərid Quliyevin ötürməsindən sonra Fabio Luis Ramim başla fərqləndi.
5. Fərid ikinci qolu vura bilərdi. Lakin zərbəsi rəqib müdafiəçiyə dəyərək, küncə çıxdı.
8. İordaniya millisinin hücumu təhlükəli alındı. Lakin Kamran keçilməzdir.
9. Vüqarın zərbəsi... rəqib qapıçı yerindədir.
14. Millimizin hücumu təhlükəli alına bilərdi. Lakin Fərid Vüqarı "görə" bilmədi. Əks halda hesab arasındakı fərqi artırmaq üçün yaxşı şanslmız olacaqdı.
19. Rəşadın zərbəsi qüvvətli alınmadı.
21. İordaniya millisinin hücumu... Kamran çıxışda səhvsiz oynadı.
24. Millimiz ikinci qolu vura bilərdi. Əfran sonadək mübarizə apararaq, topa yiyyələndi. Lakin əlverişli epizodda olan komanda yoldaşlarına dəqiq ötürmə verə bilmədi. Təəssüf...
24. Abdullah Əzidin zərbəsi təhlükəli alındı.
27. Seyfinin cərimə meydançamıza ötürməsi təhlükəli olsa da, Kamran növbəti dəfə inamlı oynadı.
29. Fabio özünün və komandasının ikinci qolunu vurmağa yaxın olsa da, qapıçıyla təkbətəkdən yararlana bilmədi.
31. QOLLLLLLL. Millimiz ikinci qolu vurdu. Kamrandan uzun ötürmə alan Əfran rəqib qapısına yol tapdı. Gənc hücumçu millidəki debütünü qolla qeyd etdi.
33. Vüqarın zərbəsi "çərçivə"yə düşmədi.
37. Rəqib cərimə zərbəsi yerinə yetirsə də, Kamran növbəti dəfə keçilməzdir.
43. Son dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində keçir.
Birinci hissə başa çatdı.
İkinci hissə başladı.
46. Millimizin heyətində dəyişiklik. Kamran Ağayevi Fərhad Vəliyev, Samir Abasovu isə Ruslan Abışov əvəzlədi.
47. İkinci hissədə ilk hücumu rəqibimiz qurdu. Lakin Elnur Allahverdiyev topu cərimə meydançasından uzaqlaşdırmağa müvəffəq oldu.
50. Vüqar Nadirov sarı vərəqəylə cəzalandı.
50. İordaniya millisinin hücumu. Levin topu uzaqlaşdırdı.
52. Fabionun uzaqdan yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alındı. Rəqib qapıçı ikinci cəhddə topu tuta bildi.
55. Fəridin zərbəsi istədiyi kimi alınmadı.
56. Rəqibin heyətində Süleyman sarı vərəqəylə cəzalandı.
58. Fabio cərimə zərbəsini möhtəşəm yerinə yetirsə də, son anda rəqib qapıçı böyük çətinliklə topu qaytara bildi.
61. Qapımıza doğru zərbə. Fərhad topu qayta bildi.
64. Milli komandamızda növbəti dəyişiklik. Vüqar Nadirov meydanı tərk etdi. Onu Rahid Əmirquliyev əvəzlədi.
66. Fabionun zərbəsi qapıdan aralı keçdi.
67. Əfran cinah reydindən sonra cərimə meydançasına asma etdi. Lakin Fərid topa toxuna bilmədi.
70. İordaniya millisinin yerinə yetirdiyi künc zərbəsindən sonra Fərhad iki cəhddə topu tuta bildi.
72. Millimizin heyətində Əfran İsmayılovu Rail Məlikov, Fabio Luis Ramimi isə Rauf Əliyev əvəzlədi.
75. Sona artıq 15 dəqiqə qalıb. Millimiz qələbə qazanmağa çox yaxındır.
77. Fərid qapıya qüvvətli zərbə endirsə də, top müdafiəçidən geri döndü.
78. Elvin Məmmədov Fərid Quliyevi əvəzlədi.
81. Rəqib müdafiəçi son anda millimizin üçüncü qolu vurmasına mane oldu.
84. Elnur Allahverdiyev sarı vərəqəylə cəzalandı.
86. Rauf Əliyev millidəki debütünü qolla qeyd etməyə yaxın idi. Lakin gənc forvard yaxın məsafadən "çərçivə"yə düşə bilmədi.
90+1. Rəqib hesab arasındakı fərqi azaltmağa çox yaxın idi. Lakin Əmir Alim əlverişli şansdan yararlana bilmədi.
Oyun başa çatdı.
Beləliklə, milli komandanız 2010-cu ilə səfər qələbəsiylə başladı. Ümid edirik ki. komandamız bu qələbənin ardını gətirə biləcək.
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya
"Neftçi"dən 6 qollu qələbə - Video
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi